Sudanın paytaxtında prezident sarayının ələ keçirildiyi bildirilir

Aprelin 15-də Sudanın paytaxtı Xartumda ordu ilə hökumətyönlü yarımhərbiləşdirilmiş “Çevik Dəstək Qüvvələri” arasında toqquşma olduğu bildirilir.

Yayılan məlumata görə, prezident sarayı və silahlı qüvvələr rəhbərinin iqamətgahı ələ keçirilib.

Həftənin əvvəlində “Çevik Dəstək Qüvvələri” səfərbərlik elan edib, hərbçilər bunu qanunsuz adlandırıblar. Reuters agentliyi Xartum və şəhərətrafı ərazilərdə atəş səsləri eşidildiyini yazır.

“Sürətli dəstək qüvvələri” onlara məxsus bazalarından birinin ordu tərəfindən mühasirəyə aldığını və ağır silahlardan atəş tutuduğunu açıqlayıb.

Onlar hadisəni “qınaq edilməli olan kobud hücum” adlandırıblar. Təşkilat Xartum hava limanının, Al Ubayyid və Meroe şəhərlərini ələ keçirdiyini iddia edir.

Qurum 2019-cu ildə Sudanın avtoritar prezidenti Ömər əl-Bəşirin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən hərbi çevrilişi müdafiə edib.

Yarımhərbi qurumun rəhbəri Məhəmməd Həmdan Daqalo ölkənin hakim Suveren Şurasının sədr müavini vəzifəsini tutur.

O, 2021-ci il çevrilişindən təəssüfləndiyini, amma hakimiyyətin mülki idarəçiliyə keçməsinin tərəfdarı olduğunu bildirib.

O da bildirilir ki, ordu “Çevik Dəstək Qüvvələri”nin yarımhərbi silahlı birləşməni silahlı qüvvələrə daxil etmək istəyir. O da bildirilir ki, aprelin 1-ə qədər yekunlaşmalı olan bu məsələ sonradan qeyri-müəyyən müddətə təxirə salınıb.

2022-ci ildə Rusiyaya səfər edən Daqalo Moskvanın Qırmızı dənizdə hərbi baza yaratmasını dəstəkləyib. Bazanın tikintisi 2019-cu il çevrilişindən az əvvəl Ömər əl-Bəşir tərəfindən razılaşdırılıb.

Rusiyanın hərbi qruplaşması olan “Vaqner” uzun müddətdir Sudanda fəaliyyət göstərir və bu qrupun yerli hərbçilərə təlim keçdiyi bildirilir.

AzadlıqRadiosunun rus xidməti-“Svoboda” yazır ki, bu həftə Sudanda “Vaqner”in qızıl mədəni ilə əlaqəli olan əməkdaşına qaçaqmalçılıq ittihamı irəli sürülüb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button