Süleyman Dəmirəl vəfat etdi (FOTOLAR)

Süleyman Dəmirəl vəfat etdi (FOTOLAR)

91 yaşlı siyasətçi yerli vaxtla saat 02.05-də nəfəs yolu infeksiyası və ürək çatışmazlığından dünyasını dəyişib

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, 91 yaşlı siyasətçi yerli vaxtla saat 02.05-də (Bakı vaxtıyla 04.05) nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib.

Sami Süleyman Gündoğdu Demirel 1924-cü il noyabrın 1-də İsparta vilayəti Atabey rayonunun İslamköy kəndində dünyaya gəlib. 1993 – 2000-ci illər arasında Türkiyənin 9-cu prezidenti olub. 1965 – 1993-cü illər arasında 7 fərqli hökumətin 10 il 5 ay baş naziri olub.
İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət baş nazir olmuş siyasətçidir. 31 yaşında baş direktor, 40 yaşında partiya sədri, 41 yaşında baş nazir olub. Türkiyənin çox partiyalı sistemə keçməsindən sonra ölkədə ən çox hökumət quran siyasətçi ünvanına sahibdir. Fərqli vaxt və partiyalarda 7 dəfə hökumət quraraq 7 dəfə baş nazir olub.
1964-cü ildə “Ədalət” partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.
1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisiya hökumətinin baş naziri vəzifəsində çalışmağa başlayıb.
1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, Doğru Yol Partiyasının rəhbəri seçilib.
1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib.
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Mühəndis İnşaat Universitetinin fəxri doktoru seçilib.
1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.
əvəzlə süleyman dəmirəlxural.com xəbər verir ki, Türkiyənin mərhum prüzidenti haqqında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün facebook statusunda düşüncələrini və xatirələrini paylaşıb. Türkiyədə oxuduğu illərdə Süleyman Dəmirəllə görüşən baş redaktor statusunda bunları yazıb: “Süleyman Dəmirəllə “Böyük Gələcək” dərgisini çıxaranda görüşmüşdük. Prezident idi. Türk Dünyasından gələn tələbələr arasında ondan “Protokol görüşü” alan ilk tələbə idik. Görüşdə mən və daha 2 tələbə iştirak edirdi. 1998-ci il idi. Sırf təsadüf nəticəsində, aldığımız yeni faks aparatını sınaqdan keçirmək həvəsində müraciət etmişdim. Yadımdadır, 5-ci gün axşam saat 17.00-18.00 radələrində yazmışdım müraciəti. “Sizinlə görüşmək və müsahibə almaq istəyirik…” formatında. O qədər sadə. Türkiyədə 6-cı gün iş yoxdur. Bazar günü də keçdi. Bazar ertəsi, 1-ci gün saat 10.30-da telefon gəldi. Mehtab xanım idi – prezident Süleyman Dəmirəlin özəl qələmi. Axşam saat 18.00-da Prezidentin bizi gözlədiyini dedi və… 3 tələbə, payi-piyada Süleyman Dəmirəlin görüşünə getdik…
Əlini öpmədik. Sərt suallar verdik. Əsəbiləşdi. Bizə hədiyyələr verdi və qayıdıb gəldik “Böyük Gələcəy”in ofisinə… O görüşün, o bir görüşün o qədər xatirəsi var ki… Allah imkan versin, yaza bilim…
70 milyonluq ölkənin prezidenti 24 iş saatı keçmədi, bir müraciətlə bizi qəbul etdi, sərbəst danışdıq, bütün düşündüyümüz sualları sərbəstcə verdik, cavabları aldıq, hədiyyələrimiz verdik, hədiyylərimizi aldıq və… çıxıb gəldik. Və… bir ömür davam edəcək xatirələr qaldı yaddaşlarımızda.
Bu qədər gözəldir demokratiya…
O gözəl demokratiyanın böyük adamlarından idi Süleyman Dəmirəl. Ona münasibətim mənfi idi. Azərbaycanın kritik zamanlarında kritik hərəkətlər etmiş, arxamızdan qaçmışdı. Çəkingən idi. Bunu Onunla görüşəndə də izhar etdim. Sinirləndi hətta. “Nə yapdım ki, bana çekingen diyorsunuz?” dedi. O qədər demokrat idi. Onu tənqid edən bir tələbəni qəbul edir, müsahibə verir, dinləyirdi.
Duydum ki, rəhmətə gedib. Allah rəhmət eləsin! Türk millətinin tarixində önəmli rolu olan bir dövlət adamı idi. Onunla bir dönəm qapandı…
Bizə isə xatirələri qaldı…”
əvəzə dəmirəlin hədiyyəsi
Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button