Sülhəddin Əkbər: “ABŞ Azərbaycana nəzarəti yəhudi verib…”

Dünyanı yəhudilər idarə edirlər – son illərdə ən çox eşitdiyimiz sözdür. Taksi şoferi də belə düşünür, peşəkar siyasətçi də… Bu fikrin populizm, blef, yoxsa bir həqiqət olduğunu birmənalı söyləmək çətindir.

Lakin bəzi reallıqlar göz deşir ki, onlardan biri də elə Ukraynadakı prezident seçkilərində öz təzahürünü tapdı. Söhbət dost ölkədə yəhudi əsilli yumorist Vladimir Zelenskinin qalibiyyətindən gedir.

Bu gənc siyasətçi 1978-ci ildə Krivoy Roq şəhərində yəhudi ailəsində anadan olub. Ona siyasi dəstək verdiyi şübhə doğurmayan oliqarx İqor Kolomoyski də yəhudidir. Qeyd edək ki, Petro Poroşenko da yəhudi əsillidir. Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyuk da yəhudi idi.

Nədir bu siyasətdəki yəhudi enerjisi, yəhudi fenomeni? Axi yəhudilərin siyasətdəki rolu təkcə Ukrayna ilə məhdudlaşmır. Dünyanın fövqəlbəşər dövləti olan ABŞ-da prezident Donald Trampın kürəkəni yəhudi əsilli Cared Kuşnerdir.

Ağ Ev sahibinin yəhudilərə münasibəti Qüdsü İsrail paytaxtı elan etməsində də göründü. Ümumiyyətlə, milyarder yəhudi ailələrinin Amerikanı idarə etdiyi, oradakı seçkilərin müqəddəratını həll etdiyi bildirilir.

Rotşildlər və Rokfellerlər kimi ailələrin kapitalı haqda həmişə mülahizələr səslənib. Baxın, ən varlı yəhudilər qrupu Amerikada dövlət bankı vəzifəsini öz öhdəsinə götürüb. Vaxtilə yəhudi oliqarx, Boris Yeltsinin dövründə az qala Rusiyanı idarə edəcək dərəcədə geniş imkanlara malik olan Boris Berezovski varıydı.

Berezovskinin adamları hər yerdə – parlamentdə, hökumətdə, xüsusi xidmət orqanlarında, hüquq-mühafizə sistemində, o cümlədən Kreml aparatında var idi.

Yəhudi oliqarx Rusiya siyasətində də əsas söz sahiblərindən biri idi və iqtisadiyyatın bir çox gəlirli sahəsinə nəzarət onun əlində idi. Bu səbəbdən Berezovskini zərərsizləşdirmək üçün Kremlə bir neçə il lazım oldu.

Vaxtilə Rusiyanın ən böyük özəl neft şirkəti olan “YUKOS”un yəhudi prezidenti,milyarder Mixail Xodorkovski də siyasətə qarışdığına görə Kremlin qəzəbinə tuş gəlmişdi. Lakin o, Berezovski qədər zirək ola bilmədi və FTX agentləri Xodorkovskini elə onun özəl təyyarəsinin trapındaca saxladılar.

Çoxsaylı iqtisadi cinayətlərdə ittiham olunan Xodorkovskini ABŞ-ın və yəhudi lobbisinin güclü dəstəyi ilə bir neçə il sonra həbsdən qurtula bildi.

Rusiyada Roman Abramoviç, Oleq Deripaska kimi yəhudi oliqarxları da var və onlar Kremllə anlaşaraq bizneslərini hələ də davam etdirirlər.

“Mən deyə bilmərəm ki, dünya milyarderlərinin 90%-i yəhudidir. O rəqəmlə razı deyiləm. Ancaq bəli, əsli Azərbaycandan olan dağ yəhudilərindən bu gün 20-yə qədər oliqarx Rusiyada fəaliyyət göstərir. Bunlar iqtisadi yollarla pul qazanırlar, siyasətlə yox. Bunlar biznesmendir, siyasətə qarışmırlar. Yeri gələndə Azərbaycan dövlətinə, müdafiə fondumuza yardım göstərirlər. Mən yenə də deyirəm, bunlar iş adamlardır, diplomat deyillər. Siyasət sahəsində böyük gözləntilərimiz yoxdur, ola da bilməz”. Bunu isə bir müddət əvvəl 53 saylı Quba-Qusar seçki dairəsindən deputat Yevda Abramov yerli mediaya açıqlamasında demişdi.

Politoloq Sülhəddin Əkbərin “Yeni Müsavat”a dediyinə görə, yəhudilərin tarixdə gücü heç vaxt indiki qədər olmayıb.

Onun sözlərinə görə, Ukraynanın hazırkı baş naziri də yəhudidir: “Nəzərə alsaq ki, Zelenski kimi baş nazir Qroysman da yəhudidir, o halda Ukraynada hakimiyyət yəhudilərin əlində cəmləşib. Səbəblərin dərinliyini bilmək üçün yəhudilərin tarixini, siyasi, maliyyə, informasiya və dini təsirini öyrənmək lazımdır. Bu, bir neçə cümlə ilə izah oluna bilməz. Onların yüksəliş dövrü 1917-ci ildə sosialist inqilabı və SSRİ-nin ələ keçirilməsi dövrünə təsadüf edir.

O zaman Kommunist Partiyasının rəhbərliyində əksəriyyət yəhudlər idi. Mən təklif edərdim ki, amerikalı sabiq senator Devid Dyukun “Yəhudi məsələsi” kitabı ilə tanış olasınız, orada yəhudilərin siyasətdəki rolu ətraflı yazılıb. İndi isə dünyada yeni yəhudi yüksəlişi, dalğası müşahidə olunur.

Düşünürəm ki, ardınca anti-yəhudi dalğasını gözləmək lazımdır. Xüsusən də bu dalğanın anqlo-sakson dünyasından başlayacağı gözləniləndir”.

S.Əkbərin fikrincə, yəhudilər Amerikada da iqtidarı ələ keçirib: “Yəhudi sionistlər xristian sionistləri – yevangelistləri özlərinə tərəf çəkiblər. Dünyadakı savaşların da səbəblərindən biri budur. Amerikanın dünyadakı liderliyində yaranan axsamaların da səbəblərindən biri budur. Yəhudilər dünya siyasətinə Tramp vasitəsilə təsir etməyə başlayıblar. Anqlo-sakslar isə yəhudi təşkilatlarını bölməyə çalışırlar. Hazırda Avropada Sorosla Rotşildlər arasındakı davanın səbəbləri də bu məsələlərdən qaynaqlanır. Eyni zamanda Fransadakı ”sarı jiletlilər” hərəkatının arxasında bu məsələlər dayanır. Eləcə də Afrikada, müsəlman dünyasında baş verən hadisələrə də yəhudilərlə anqlo-sakslar arasında gedən mübarizə təsir etməkdədir.

Ona görə də bu dərinliyi bilmədən siyasəti, dünyada və regionda baş verənləri təhlil etmək çətindir. Azərbaycana gəlincə, ABŞ strateji baxımdan nəzarəti yəhudilərə verib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button