Sumqayıt polisi vətəndaşın boynuna törətmədiyi cinayəti necə qoymaq istəyib? -VİDEO

 DIN

Sumqayıt şəhərində dəhşətli hadisə baş verib. Bayram günlərində (22-23 mart) Sumqayıtdakı məhəllələrdən birində iki nəfər arasında bıçaqlanma hadisəsi olub. Bununla bağlı əməliyyat keçirən polislər isə hadisəyə aidiyyatı olmayan başqa bir nəfəri saxlayaraq, zorla boynuna qoymaq istəyib ki, cinayəti o törədib.

Sumqayıt Polis İdarəsinin 1-ci polis bölməsində həmin adama saatlarla ağır işğəncələr verilib. Polis rəisi bildirib ki, əgər cinayyəti boynuna almasa, onu idarədə döyərək öldürəcəklər.

Günahsız yerə saxlanaraq işgəncələrə məruz qaldığını hazırda xəstəxanada yatan həmin vətəndaş məşhur bloqçu və sosial şəbəkə fəalı Mehman Hüseynova danışıb. M.Hüseynov videoreportajı “Sancağ”ın facebook səhifəsində yayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button