Sumqayıtda 13 yaşlı uşağın meyiti tapılıb, səbəb bəlli deyil

Yayımlandı: 31 Mart 2024 17:40

Prokurorluq meyitin ekspertizada olduğunu deyir

Sumqayıtda martın 31-də səhər saat 7 radələrində 13 yaşlı oğlanın meyiti tapılıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, yeniyetmənin meyiti müayinə olunub, üzərində xəsarət tapılmayıb.

Bununla belə, ölümün səbəbini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

“2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hökumətyönlü media 13 yaşlı yeniyetmənin ölümünün səbəbi kimi narkotik ehtimalını irəli sürüb.

Rəsmi açıqlama və ekspertiza rəyi olmasa da, hökumətyönlü media yazır ki, ölümə səbəb ilkin ehtimal artıq dozada narkotik qəbuludur.

Prokurorluq isə deyir ki, yekun rəyi iekspertiza verəcək.

Daxili İşlər Nazirliyi isə məsələnin araşdırıldığını deyir. 

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button