Sumqayıtda polis əməkdaşı otağında ölü tapılıb

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

“Report”un məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun odlu silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirdiyi və nəticədə öldüyü ehtimal edlir.

Hadisə axşam saat 19:40 radələrində qeydə alınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button