Sumqayıtda yaşayan gənclər üçün “Fərdi inkişaf və karyera qurmaq bacarıqları” mövzusunda təlim keçirilib

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təlimləri davam etdirir. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt və ətraf qəsəbələrdə məskunlaşan Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından olan məcburi köçkün yeniyetmələrin və gənclərin peşəyönümü və peşə hazırlığı üzrə bilgilərini artırmaq, onları effektiv iş axtarışı vasitələri və üsulları, iş yerlərinə müraciət və özünu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları və işgüzarlıq qabiliyyətlərinin aşılanması və s. mövzularda maarifləndirməklə onların işlə təmin olunmaq, gələcək karyeralarını qurmaq və beləliklə də, məcburi köçkün gənclərin məşğulluqlarının təmin olunmasına yardımçı olmaqdır.

Layihə çərçivəsində “Fərdi inkişaf və karyera qurmaq bacarıqları” mövzusunda ilk təlim Birliyin ofisində təşkil edildi. Təlimi Birliyin təlimçisi Eyvaz Qocayev aparırdı. 18 nəfər məcburi köçkün gənc təlimdə iştirak edirdi.

Təlimdə peşəyönümü və peşə bacarıqları, effektiv iş axtarışı üsulları və vasitələri, CV-lərin hazırlanması, iş yerlərinə müraciət və özünü təqdimetmə, komanda şəklində işləmək və işgüzarlıq keyfiyyətləri və s. mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər iştirakçıların böyük marağına səbəb oldu. 

Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, fərdi inkişaf və karyera qurmaq bacarıqları ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edildi.

Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 25 layihə icra etmişdir. Birliyin icra еtdiyi layihələr çərçivəsində həyata kеçirdiyi tədbirlər və əldə еtdiyi nailiyyətlər barədə ətraflı məlumatla Birliyin saytında (www.potensial.org) tanış оlmaq оlar.

Feyruz Şivəxanov, Potensial SMB Resurs Mərkəzinin koordinatoru“SUBAYLARINIZDAN GÖRƏSİNİZ” – İsi Məlikzadə

H. Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı- İcra hakimiyyəti ilə üzbə-üz

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button