Suriya Liviyanın gününə salınacaq…

tahir abbasTahir Abbaslı: “İranın vəziyyətı çətin olacaq”

“Suriyanı Liviyanın aqibəti gözləyir. Əgər İran və Türkiyə Bəşər Əsədin istefasını tələb etməsə və bu ölkədə demokratik rejim yaradılmasa Suriya İraq, Əfqansan və Liviyanın gününə salınacaq”.

Bu fikirləri Suriyada baş verənlərə münasibət bildirən AİDP sədrı Tahir Abbasli deyib. Onun sözlərinə görə, Bəşər Əsəd istefa verməsə, ABŞ NATO adı altında bu ölkəni bombardman edəcək: “Amerika belə bir fürsət gözləyir. Suriyanın arxasında İranın durduğunu nəzərə alsaq, bunun ABŞ üçün göydəndüşmə bir fürsət olacağını demək mümkündür. Bu mənada İran dərhal Bəşər Əsədin istefasını tələb etməlidir. Yoxsa tezliklə İranın vəziyyətı çətin olacaq”.

AİDP sədri hesab edir ki, əgər istefaya nail olunmasa İranla Türkiyə də qarşı-qarşıya gələ bilər: “Məncə böyük güclərin planında bu məsələ də var”.

 

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button