Suriya müxalifəti: Dəraada onlarla adam öldürülüb

Dəraa şəhərinin hökumət nəzarətinə keçdikdən bir gün sonra zirzəmilərdə onlarla adamın cəsədi aşkar olunduğu bildirilir. Əhalisinin əksəriyyəti sünni olan Dəraa paytaxtdan cənub-şərqdə yerləşir. 

Londonda mənzilləşən müxalif Suriya Müşahidə Mərkəzi cəsədlərin yaxın məsafədən güllələndiyini bildirir. Mərkəzin məlumatına görə yerli mənbələr 200 adamın öldürüldüyünü xəbər verir. Hökumət mediası konkret ittihmları şərh etmir. Televiziya ilə Dəraa şəhərinin “terrorçulardan təmizləndiyi” qeyd olunub. Suriya boyu zorakılıqlar 370 adamın ölümünə bais olub, Suriya Müşahidə Mərkəzi göstərir. Suriya müxalifətinin Əlaqələndirmə Komitəsi gün ərzindəki 440 adamın öldürüldüyünü bildirib. Dəraa sakinlərindən biri Reuters agentliyinə müsahibəsində ev-ev gəzən hökumət əsgərləri tərəfindən “şübhəli” görünən kişilərin öldürüldüyünü bildirib. Həqiqi adının açıqlanmasını istəməyən həmin müsahib şəhəri tərk etməyə çalışan ailənin maşının qülləbarana tutulduğunu bildirib ki, 8 yaşlı qızın ölümü ilə nəticələnib. İnternetdə Süleyman əl-Dərani məscidində odlu silahdan qətlə yetirilmiş cəsədlərin videosu yerləşdirilib. “Bu qətliamdır”, – kadr arxasındakı səs deyir. – Siz Əsəd rejimi tərəfdarlarının qisasını görürsüz. Yalnız bu məscidə 150 cəsəd gətirilib”. BMT rəqəmlərinə görə 2011-ci ilin Mart ayından bu yana Suriyada öldürünlərin sayı 18 minə çatıb. 200 mindən artıq adam qaçqın düşüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button