Suriyada Rusiyadan olan 2 mindən çox yaraqlı öldürülüb

 rus suria

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının ötən ilin sentyabrında Suriyada başladığı hərbi əməliyyatların yekunları barədə danışıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, nazir Rusiya qoşunlarının əsas hissəsinin martın 15-dən Suriyadan çıxarılmasına göstəriş verən prezident Vladimir Putin ilə görüşdə bəzi məsələlər barədə ətraflı məlumat verib.

O bildirib ki, Suriya qoşunları Rusiyanın dəstəyi ilə 400-dən çox yaşayış məntəqəsini və 10 min kvadrat metrdən çox ərazini azad ediblər. Suriya ərazisində Rusiyadan gəlmə 2 mindən çox quldur, eləcə də, 17 səhra komandiri məhv edilib”, – deyə nazir məlumat verib.

Şoyqunun sözlərinə görə, Rusiya aviaqrupu 209 neft hasilatı və emalı obyektini, həmçinin 2 mindən çox neft məhsulu daşıyan vasitəni məhv edib. Nazir hesab edir ki, Rusiya qüvvələri terrorçuların ehtiyat təminatını tam olaraq dayandıra biliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button