Suriyadan daha 6 azərbaycanlı repatriasiya edilib

Yayımlandı: 5 İyun 2024 11:40

Onların 5-i uşaq, 1-i qadındır

İyunun 4-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının repatriasiyasının həyata keçirildiyi bildirilir.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirib ki, əvvəlcə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyəyə keçidinə nail olunub:

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub”.

Foto: XİN

Həmçinin qeyd olunub ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Azərbaycan hökuməti tərəfindən xarici ölkələrdə silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşların repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”.

Sonuncu dəfə mayın 14-də Suriyadan 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilmişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button