Sürücü polisi daşladı

yol polisi1Bayramla əlaqədar olaraq Baş Dövlət Yol Polisi əməkdaşları istirahət zonalarında nəzarəti gücləndirib. İdarə əməkdaşlarının Göygöl rayonu ərzasində keçirdiyi reyddə insident qeydə alınıb.

xural.com-un Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan sürücü və 2 sərnişini xidməti vəzifəsini yerinə yetirən yol partul xidməti əməkdaşı Ağa Məmmədovu daş parçası ilə yaralayıb. Məmmədov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
İnsidenti törədən sürücü və sərnişinlər isə hadisə yerindən qaçmağa müvəffəq olublar. Hazırda polis onların tutulması istiqamətində əməliyyat-axtarış təbdirlərini davam etdirir.
Qeyd edək ki, Ağa Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorudur. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button