Surxay Əliyevin işi üzrə məhkəmədə

Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrliyi ilə “Yeni Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin, onun müavini Hikmət Nəcəflinin və başqalarının cinayət işi üzrə proses keçirilib.

Onlar 2016-cı il dekabrın əvvəllərində reket və səlahiyyətləri olmadan texniki vasitələrin köməyilə gizli informasiya əldə etməkdə şübhəli bilinərək saxlanılıblar. Bundan başqa, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, təqsirləndirilən şəxslər qurbanlarını yüngül qadınlarla tanış edir və videoçəkiliş aparır, sonradan onunla qurbanları şantaj edirdilər.

Bu iş üzrə “Gündəlik Bakı” qəzetinin baş redaktoru da saxlanılıb, amma sonradan onun işi ayrıca icraata ayrılıb.

Prosesdə hakim Ağalarov təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib, bundan sonra vəkil Bəylər Məmişov Surxay Əliyev barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb. Hikmət Nəcəflinin vəkili də eyni vəsatətlə çıxış edib. Prokuror məhkəmədən heç bir əsas olmadığı üçün vəsatəti təmin etməməyi xahiş edib. O bildirib ki, iş materialları epizodikdir və təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin dəyişdirilməsi qeyri-mümkündür. Bundan başqa, prokuror məhkəmədən işə baxılmasına keçməyi xahiş edib.

Məhkəmə müşavirəyə çəkilib, müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini elan edib və dinləmələri yanvarın 23-nə təyin edib.(turan informasiya agentliyi)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button