Rubrikalar: GÜNDƏM XuralTAC

Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib-FOTO

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa üzrə hazırlanmış layihə əsasında aparılır.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Artıq Şuşa şəhərinədək 101,5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib. Yol boyu bu hissədə 2 hərəkət zolağı enində torpaq yatağı genişləndirilərək yol yatağı və yol əsası inşa edilib.​

Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84,6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.

Artıq yolun ilk 6 km-lik hissəsində, həmçinin yeni yolun 27-ci km-dən başlayaraq 4 km-lik hissədə torpaq işləri icra olunaraq yekunlaşdırılıb və yeni yol əsası inşa edilib.

Bundan başqa, Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.

Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolunun qısa müddət ərzində tikintisinin yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir. Bundan başqa, çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik “Kolin İnşaat” başda olmaqla Türk Şirkətlər Qrupu və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının və yol əsasının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Yol boyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik dairəvi suötürücü boruların və düzbucaqlı su keçidlərinin, həmçinin müxtəlif səviyyəli yol qovşaqlarının, avtomobil körpülərinin və tunellərin inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 345 km təşkil edəcək.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Baş Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər. Xural.com "Habertürk"ə istinadən…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

“Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi”

"Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha bir televiziya fəalliyətə başladı

Bu gündən Azərbaycanda daha bir internet televiziyası fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu "Reallıq TV" internet televiziyasıdır. Televiziyanın rəhbəri tanınmış…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Xural.com “Report”a istinadən xəbər verir ki, o, bu…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Laçın şəhəri: Rusiya sülhməramlılarının nəzarəti altında həyat…

Bir qrup xarici jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən BBC rus xidmətinin reportyorları Rusiya sülhməramlı kontingentinin məsuliyyət…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Hərbçilərin maaşları məsələsinə yenidən baxıldı, ikiqat və 50 faiz artırıldı

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi…

3 Mart 2021
Xural.COM