Şuşadan xəbər var…

şuşa qalasıTopxana meşəsinin lap hündür meşə sahəsi qırılaraq geniş düzənlik açılıb, uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla məhv edilib…

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə;

– Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunub.
– Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə sahəsi qırılaraq geniş düzənlik açılıb və orada inşaat işləri aparılıb.
– Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla məhv edilib.
– Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar bütünlüklə qırılıb.
– Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və meyvə ağacları tamamilə məhv edilib.

Qeyd edək ki, mayın 8-də Şuşa şəhərinin işğalından 19 il keçir. Ərazisinin 20%-ni meşələr təşkil edən şəhərin ümumi sahəsi 29356 hektardır. Azərbaycanın Şuşanın ətrafındakı meşə və dərələrdə müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklər geniş yayılmışdır. Ən iri mineral su bulaqları Turşsu və Şirlandır. Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min m3/ gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min m3/gün və 25 min m3/gün olan Şirlan və Turşsu mineral su yataqları var. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.

Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button