Svetlana Tixanovskaya: “Belarusun milli lideri olmağa hazıram”

Belarusda avqustun 9-da keçirilmiş seçkilərdə prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya ölkəsinin milli lideri olmağa hazır olduğunu bəyan edib.

O, bu barədə “Youtube”də yayımlanan müraciətində bildirib.

O, Belarusda vəziyyətin sabitləşməsi, həyatın normal ritminə qayıtması üçün məsuliyyəti üzərinə götürməyə və milli lider qismində çıxış etməyə hazır olduğunu bəyan edib.

Tixanovskaya qeyd edib ki, ölkədəki bütün siyasi məhbuslar sərbəst buraxılmalı, həmçinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz qəbul edəcəyi həqiqi, ədalətli və şəffaf seçkilərin təşkili üçün qanunvericilik bazası və şərtlər hazırlanmalıdır. (apa)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button