Təbrizdə “Traxtur” 60.000 insanı ayağa qaldırdı-EKSKLÜZİV VİDEO VƏ FOTOLAR “XURAL”DA

Bu gün Güney Azerbaycanda Təbrizin “Qurdlar dərəsi” səmtində yerləşən stadionda İran çempionatının Traktur-Persepolis matçı keçirilib. Təbrizdə Traxturun oyunları hər zaman şölən kimi olub və on minlərlə insan hayqırtılarla ayağa durub. Xural.com bu gün Traktur-Persepolis oyunundan özəl görüntülər əldə edib. Stadionu qıpqırmızı rəngə boyayan təbrizlilər yenə Traxturun oyunundan vəcdə gəlib, oyunu şölənə çevirə biliblər. Təbii ki, Traxturun qələbə çalması mühüm deyildi, onsuz da bu oyunların nəticəsi milli şüarlarla yadda qalır, amma bu gün Traktur Persepolis komandasını 1:0 udandan sonra Təbriz bayram meydançasına çevrilib.

30 avqustda – Türkiyənin və Türk dünyasının qələbə günündə Güney Azərbaycanın paytaxtı Təbriz şəhərində Traxtur–Perspolis matçında İran rejiminin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Türk bayrağı Bozkurdlar vasitəsi ilə dalğalandırılıb. Traxtur qolu vuranda aparıcının şərhi maraqlı və qürurvericidir. Bir söz tapmaqda çətinlik çəkən aparıcı adı Ehsan Mustafa olduğu bilinən fitbolçuya “Ehsan nə gözəl ehsan etdin sən”, “Ehsan, Mustafa, Mustafa Kamal paşa…” deyir və böyük Atatürkü qəsd edir. Sevginin və qələbənin bu boydası yəni…

Xural.com əldə etdiyi videogörüntüləri təqdim edir. Videogörüntülərdən və fotolardan görünür ki, Təbriz dimdik ayaqdadır. On minlərlə insan “Yaşa, Azərbaycan!” mahnısını oxuyur! “Azərbaycan var olsun, istəməyən kor olsun!” deyə hayqıran minlərlə insan həm də gündəmlə nəfəs aldığını göstərir. Bu günlərdə Xural TV-də Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Türker Makuyinin Əvəz Zeynallının suallarına cavab verdiyi canlı yayımına baxdıqlarını göstərən şərhləri də çəkib bizə göndəriblər güneyli qardaşlarımız.

Xural.com eksklüziv videoları təqdim edir:

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button