Rubrikalar: GÜNDƏM XuralTAC

Təhsilə rüşvət qatanlar kimlərdir?

Xədicə Əlizadə

Jurnalist

Korona virusla əlaqədar olaraq dünyada gedən proseslər bütün dünya ölkələrinə təsir göstərdiyi kimi Azərbaycana da təsirsiz ötüşmədi. İqtisadi,siyasi eyni zamanda təhsil sisteminə də bir qədər zərbə vurdu. Daha doğrusu sözdə təhsil adlandırılan bu sistem daha da uçuruma sürükləndi. Həmişəki kimi yaranmış vəziyyətdən istifadə edənlər də oldu. Xaricdə təhsil şirkətləri, rüşvətxorlar, məktəb direktorları, qısacası, saymaqla bitməyən, ölkədə izini hələ də silə bilmədiyimiz şəxslər təhsil sistemini kommersiyadan asılı vəziyyətə saldılar.

Məsələn, Türkiyədə təhsil almaq istəyənlər üçün bu yaxınlarda imtahan təşkil olunacaq. Bu, Türkiyə universitetlərinə qəbul imtahanıdır, özü də onlayn şəkildə keçiriləcək. İmtahanın virtual keçirilməsinə sözümüz yoxdur. Amma köçürmə hallarına qəsdən yol verilməsi nə dərəcədə düzgündür?

Heç iki üstünə iki gələ bilməyən şəxsə müəllimin “Sən 500 dollarlıq imtahan biletini al. Cavabları biz deyəcəyik, sən yazacaqsan, həm də 100 bal yığıb tibb universitetini qazanacaqsan” deməsi ağlasığmaz və bir o qədər də dəhşətlidir. Elə ona görə də bugün səhiyyəmiz bu vəziyyətdədir. Digər bir məsələ isə odur ki, rüşvətxorlar vasitəsilə bu  universitetlərə təkcə on birinci siniflər yox, onuncu siniflər də daxil ola bilər. Burada sual yaranır ki, tələbə attestatı olmadan universitetə necə qəbul olacaq?

Əgər rüşvətxor məktəb direktorlarımız olmasaydı, sözsüz ki mümkün olmazdı. Görünür, Nazirlər kabinetinin “Bu il xaricdə təhsil almaq istəyən abituriyentlər buraxılış imtahanı vermədən attestatını ala bilər” qərarından məktəb direktorları yaxşıca istifadə edirlər.

Açığı, təhsilimizin vəziyyəti acınacaqlıdır…

Xural.com

Paylaş:

This post was last modified on 12 İyul 2020 5:06 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Marqarita Simonyan: “Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi”

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir.…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Yol polisi 688 nəfəri inzibati məsuliyyətə cəlb etdi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy,…

4 Avqust 2020
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Polkovnik Ehsan Zahidov: “Fuad Qəhrəmanlı BMCMİ-yə gətirilməyib”

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Fuad Qəhrəmanlı və Seymur Əhmədov ad və soyadlı şəxslərin işgəncələrə məruz qalması ilə bağlı iddialara…

4 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Şəhid generalımız haqda kitab çıxdı – Pulsuzdur

Ermənistanla sərhəddə, Tovuz istiqamətində ötən ay baş verən döyüşlərdə şəhid olan general Polad Həşimov haqqında kitab dərc olunub. Kult.az xəbər verir…

3 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı ilə İstanbul söhbətləri-4#KINALIADA-VİDEO

Xural TV-nin rəhbəri Əvəz Zeynallının "İstanbul söhbətləri" davam edir. Bu dəfə 4-cü - Xınalıada bölümünü xural.com olaraq Oxucularımızın diqqətinə təqdim…

3 Avqust 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Rayonlara gediş-gəliş qadağası ilə bağlı QƏRAR verildi

31 avqustadək  ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək.…

3 Avqust 2020
Xural.COM