Təhsil Nazirliyi: “Məktəblərdə rus bölmələri bağlanmayacaq”

images (1)24.06.2013

Bu gün Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərində rus bölməsi üzrə qəbulda əvvəlki illərə nisbətən artım müşahidə edilir. 

Təhsil Nazirliyindən verilən xəbərə görə, ötən tədris ilində nazirlik sistemində olan 329 dövlət ümumtəhsil məktəbində rus bölmələri üzrə qruplar fəaliyyət göstərib.

Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin rus bölmələrinə 2013-2014-cü tədris ilinə proqnoz üzrə 10155 şagirdin qəbulu gözlənilir. Ali təhsil müəssisələrinin rus bölmələri üzrə 2013-2014-cü tədris ilinə təsdiq olunmuş qəbul planında 5611 yer nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, gələcəkdə ümumtəhsil məktəblərində rus bölmələrinin tamamilə qapadılması qətiyyən gözlənilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button