Rubrikalar: CƏMİYYƏT

Təhsil Nazirliyi:”Ölkədə müxtəlif yollarla əldə olunmuş saxta xarici diplomlar aşkarlanır”

Bu il xarici ali ixtisasların tanınması (diplomların tanınması) və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə əlaqədar Təhsil Nazirliyinə 1066 müraciət daxil olub.

Təhsil Nazirliyindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, müraciət edənlərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir.

“Eyni zamanda, ölkə ərazisində müxtəlif yollarla əldə olunmuş saxta xarici diplomların aşkarlanması ilə bağlı mütəmadi olaraq hüquq-mühafizə orqanlarından Təhsil Nazirliyinə daxil olan sorğular müvafiq qaydada araşdırılır və nəticəsi barədə sorğu edən tərəf ən qısa zamanda məlumatlandırılır.

Bundan əlavə, zərurət olduğu halda, araşdırma çərçivəsində tərəfimizdən xarici ali təhsil müəssisələrinə (və ya aidiyyəti qurumlara) sorğular göndərilir. Əlavə olaraq, saxta diplomların aşkarlanmasının əsas mexanizmlərindən biri xarici dövlətlərdə ali təhsil haqqında diplom əldə etmiş şəxslərin Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, nostrifikasiya prosedurundan keçmə zərurətinin tətbiq olunmasıdır.

Belə ki, sözügedən Qaydaların 2.1-ci bəndinə əsasən, tanınma üçün təqdim olunan ali təhsil haqqında sənəd (diplom) və ona əlavə, bir qayda olaraq müvafiq qaydada leqallaşdırılmalıdır. Azərbaycan Respublikasının da tərəfdaş olduğu “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya”sına əsasən, üzv dövlətlərin ali təhsil haqqında sənədləri apostil möhürü ilə leqallaşdırılır.

Apostil möhürü sənədi imzalamış şəxsin imzasının, eləcə də həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir”, – Nazirlikdən bildirilib.

Paylaş:

Share

Son Əlavələr

Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır…

İlham İsmayıl Ermənidən tarixən xeyir gəlməyib. İndi də Bakıda yüz ilin başında Avropa kubokunun finalı oyununa sevindiyimiz yerdə bir erməni…

22 May 2019 3:46 səhər

”Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir”- FOTOLAR

''Hüquq müdafiəçisi Oqtay Gülalıyev öz facebook səhifəsində Müsəlman Birliyi Hərəkatının üzvü Sərxani Ağanın ölümü və nəşinin hələ də tapılmaması ilə…

22 May 2019 3:20 səhər

“İlham Əliyevin iradəsi olmasa…”-VİDEO

Hər rüb dövlət büdcəsindən Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fonduna qəzetlərə dəstək məqsədilə vəsait ayrılır. Bir sıra jurnalistlər hesab edir ki,…

22 May 2019 2:56 səhər

Ramazanın 17-ci gününün duası

Mayın 22-si Ramazan ayının 17-ci günüdür. Xural.com xatırladır ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, bu gün Bakıda imsak saat…

22 May 2019 2:45 səhər

Media problemləri haqqında Əvəz Zeynallı-Azər Həsrət debatı-VİDEO

"Yeni Müsavat" qəzetinin "Canlı debat" proqramında fərqli fikirlərin mübadiləsi öz əksini tapır. Azərbaycan mediası nə dərəcədə siyasiləşib? Jurnalistlər daha çox…

22 May 2019 2:41 səhər

ABŞ-da erməni silah baronu həbs olundu

ABŞ-da keçmiş aktyor Ara Dolaryan qanunsuz silah alveri, çirkli pulların yuyulması və cinayət niyyətli əlbirliklə əlaqədar həbs olunub. “The Business…

22 May 2019 2:35 səhər
Xural.COM