“Təkadamlıq aksiyaçı” saxlanılıb

Şəhərin mərkəzində siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirərək bir neçə dəfə inzibati qaydada cəzalandırılan Füzuli Hüseynov yoxa çıxıb.

Yaxınları onun yenidən aksiya keçirməyə hazırlıq gördüyü barədə bildirib. Lakin aksiyanın baş tutub-tutması barədə məlumat yoxdur. Onun keçirdiyi aksiyalar adətən 28 may ərazisində baş tutub.

Ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi Füzuli Hüseynovun orada olmadığını deyib.

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button