Təkbaşına aksiya keçirən AXCP fəalına 10 sutka həbs verildi

Ötən gün siyasi məhbuslara azadlıq tələbiylə təkbaşına aksiya keçirən AXCP üzvü Füzuli Hüseynov Səbail polisi tərəfindən saxlanılıb. Bir sutka ərzində onun barəsində yaxınlarına heç bir məlumat verilməyib. Bugün səhər saatlarında Füzuli Hüseynov Səbail rayon məhkməsinə gətirilib və məhkəmənin qərarı ilə 10 sutka azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Füzuli Hüseynov bir müddət əvvəl də təkbaşına aksiyalar keçirmişdi və sonuncu dəfə Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunmuşdu.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseymnov iyulun 9-da Bakının Səbael rayonu ərazisində saxlanılıb. Hazırda onu Səbael rayon Məhkəməsinə gətiriblər. Bu barədə  AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn bildirib.

Füzulu Hüseynov təkbaşına aksiyaçı kimi tanınır.

İlham Hüseyn deyib ki, o dünən “vicdan məhbusu” kimi tanınan Qiyas İbrahimova həbsxanada işgəncə verilməsinə etiraz olaraq aksiya keçirmək üçün evindən çıxarkən saxlanılıb. Hüseynovun nədə günahlandırıldığı barədə hələ rəsmi məlumat verilməyib.

Füzuli Hüseynov bundan öncə iyunun 19-da Bakıda metronun “28 May” stansiyası qarşısında “Siyasi məhbuslara azalıq!” şüarı qaldırararq təkbaşına aksiya keçirib. O polisə tabe olmamaq ittihamı ilə 200 manat cərimə edilib. Qərarı iynun 20-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahov qəbul edib.

Maraqlıdır ki, bu, Hüseynovun eyni yerdə və eyni şüarla may ayında da təkbaşına aksiya keşirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button