Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Tələbələr İstanbul Universitetinin rəhbərliyinə qalib gəldilər-FOTOLAR

Əgər nəyin uğrunda mübarizə apardığını dərk edirsənsə, mütləq istədiyinə nail olacaqsan

Selcan Zeynallı

İstanbuldan məxsusən “Xural” qəzeti üçün

1 manat olan yeməklər niyə 5.12 manata qaldırıldı?!

Türkiyənin ən köklü universiteti olan İstanbul Universiteti tərəfindən 30 dekabr 2019 tarixində edilən açıqlamayla birlikdə universitetdə gündəlik 3 dəfə 3.50 tl (1 manat) olan yemək haqqının səhər yeməyi çıxardılaraq ikiyə endirildiyini bildirdilər. Tələbələr gündə sadəcə bir dəfə endirimli olaraq yemək yeyə biləcək, ikinci dəfə yemək istəyirlərsə, 18 tl (5.12 man) ödəməli olacaqdılar.
İstanbul Universiteti tələbələri qərar bəyan edildikdən dəqiqələr sonra twitter sosial şəbəkəsində #ogrenciyedegilcebe deyərək etirazlarını bildirdilər.

Tələbələr ayağa qalxdılar: “Burası üniversite, işletme değil!”

Semestrin sonuna təsadüf edən bu açıqlama, tələbələri qərarlığından döndürmədi və 31 dekabr 2019 tarixində təxminən 400 tələbənin Beyazıt Meydanında etiraz aksiyalarına başlandı. Mitinqdən sonra universitetin hər iki yeməkxanasında tələbələr çəngəl-bıçaqları masalara, divarlara vuraraq alınan qərar geri çəkilənə qədər yeməkxanada yemək yeməyəcəklərini dilə gətirdilər. Mitinqdə “Burası üniversite, işletme değil!”, “Müşteri değil, öğrenciyiz!”, “Yemekhane hakkımız engellenemez!” kimi şüarlar səsləndi.
Bunun nəticəsində rektorluq heç bir dəyişiklik etmədi, üstəlik 33 (sonra 49 oldu) yeməkxana işçisini də işdən çıxardılar.
Bir sonraki günün rəsmi tətil olmağı səbəbiylə 2 yanvar 2020-də yenidən bir araya gələn tələbələr, yaranan vəziyyətə etirazla bağlı ərizə toplayaraq İstanbul Universiteti qapısında görüşdü. Məqsədləri, yazılan ərizələri rektorluğa verib, alınan qərarın dərhal geri çəkilməyini tələb etmək idi. Amma universitetə buraxılmadılar. Mühafizəçilər yüzlərlə universitet tələbəsinin öz universitetlərinə girməyinə icazə vermədi.

Polis tələbəyə zor tətbiq etdi!

Dəfələrlə qapıların açılmağını tələb etdilər və 2 saata yaxın gözlədikdən sonra bir neçə tələbə qapıya çıxaraq içəri girməyə çalışdı. Əraziyə təhkim olunmuş onlarla polis dərhal tələbələrə hücum edərək onları qapıdan uzaqlaşdırdı, əllərindəki dəyənəklə universitet tələbələrinə zərbələr endirdi.
Polisin tələbələrə qarşı bu cür münasibətindən sonra universitet tələbələri ölkə gündəminə oturdu. Eyni gün bir neçə saat fərqlə bir tərəfdə İstanbul Universiteti tələbələrinə haqlarını müdafiə etdikləri üçün şiddət tətbiq edən polislər, digər tərəfdə isə Sarayda “Hollanda’da, Paris’te polisler insanları nasıl dövüyor? Türk polisi buna benzer bir şey yapmış olsa, bunlar dünyayı ayağa kaldırırlar” deyən Ərdoğan.
Tələbələr 3 yanvar 2020 tarixində yenidən toplandılar. Yaranan vəziyyətlə bağlı medyaya müsahibə verən tələbələr, aylıq aldıqları 500 lira (156,46 manat) təqaüdün 370 lirasını (105,25 manat) yeməyə verməklərinin qeyri-mümkün olduğunu bildirdilər. Etirazlarını “Eskiden buralar hep “tokluk”tu”, “Aç kaldık, susuz kaldık, terketmedik Beyazıtı!” şüarları ilə bildirdilər.
Günlərlə davam edən mitinqlər nəticəsində rektorluq heç bir açıqlama etmədi. Ta ki…

Sibel Ünlü niyə intihar etdi?

4 yanvar gecəsi İstanbul Universiteti Türk Dili və Ədəbiyyatı 3-cü kurs tələbəsi olan Sibel Ünlinin cansız bədəninin tapıldığı xəbəri yayıldı.
Ünlinin sosial şəbəkələrdəki “yemekhane kartımda para kalmamış, sadece 1 liram var” paylaşımı diqqətə gəldi. 20 yaşındaki bu tələbənin 1 tl ilə yemək yeməyə çalışdığı bir vaxtda İstanbul Universiteti Rektorluğu yeməkxana qiymətlərini 3,50 tl-dən 18 tl-yə çıxarmışdı. Türkiyə gəncliyi buna səssiz qalmadı.
Bir neçə saat içərisində minlərlə paylaşım edildi, siyasi partiyalar gəncin ailəsini ziyarət etdi. Müğənni Haluk Levent, hüquqşünas Gönenç Gürkaynak və s. kimi tanınmış şəxlər “Sibel Ünli Bursu” açdıqlarının xəbərini verərək, ayda onlarla tələbəyə maddi dəstək göstərəcəklərini dedilər.

Universitet rəhbərliyi qərarını ləğv etdi

Xəbər yayıldıqdan sadəcə bir gün sonra, İstanbul Universiteti Rektorluğu alınan qərarın geri çəkildiyini, yeməkxananın əvvəlki şəkildə fəaliyyət göstərəcəyini bildirdi.
Tələbələr universitet yeməkxanasına “Sibel Ünli Yemekhanesi” adının verilməyini tələb edir.
İndi isə tələbələri narahat edən bir sual var, “öz haqlarını geri qaytarmaq üçün bir tələbənin öz canına qıymağına mı ehtiyac var idi?”

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Heydər Əsədov: “Mən özüm iki dəfə prokurorluğa müraciət etdim”

“Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir. Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil,…

18 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Sədərək” yarmarkasında baş verən yanğın söndürüldü

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə virtualaz.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin…

18 Fevral 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

Real TV: “Afət Telmanqızı və Ləman Ələşrəfqızına məhdudiyyət tətbiq olunmayıb”

Afət Telmanqızı: “Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər?” Real TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması haqqında fevralın…

18 Fevral 2020
  • CƏMİYYƏT
  • XuralTAC

Ziya Məmmədova ağır itki

Sabiq nazir Ziya Məmmədova ağır itki üz verib. Xural.com yenicag.az-a istinadən xəbər verir ki, Ziya Məmmədovun qaynı dünyasını dəyişib. Qeyd…

18 Fevral 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

Həbsdəki jurnalist: “DTX-da məni həyat yoldaşım və qızımla təhdid etdilər”

“O necə sirdir ki, Dəyanət Babayev ondan xəbərdar ola bilər, amma mənim ailə üzvlərim yox?” Dövlətə xəyanət ittihamıyla həbs olunan…

18 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Vasif Talıbovun oğlunun Dubaydakı “Al Rza Tower”i üzə çıxdı-FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib. Qaynarinfo xəbər…

18 Fevral 2020
Xural.COM