Tənzilə Rüstəmxanlının oğlu yeni vəzifəyə təyin olundu
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımovun qərarına əsasən, Cəmil Rüstəmxanlı qurumun Bakıdakı səlahiyyətli nümayəndəsi təyin edilib.
Türkdilli dövlətlərin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilmiş əməkdaşlıq forumunda iştirak edən BAK-ın sədri Sahil Qasımovun qərarına əsasən, Cəmil Rüstəmxanlı qurumun Bakıdakı səlahiyyətli nümayəndəsi təyin edilib.
Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a verilən xəbərə görə, qurumun Bakıdakı daimi nümayəndəliyində yeni təyinat olub.
“Cəmil Rüstəmxanlı diaspor məsələlərində müəyyən təcrübəyə malikdir. O, bir müddət diaspor təşkilatlarında fəaliyyət göstərmişdi”.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı “Azəri-Türk” Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlının oğludur.
XuralTAC