Tərtərdə Müsavat həyəcanı

19.02.2012

Konfransın keçirilməsi polisi və Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsini ayağa qaldırdı

Bu gün Müsavat Partiyası Tərtər rayon təşkilatının növbəti konfransı keçirilib. Bu barədə məlumatı Müsavat Partiyası Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Fəxrəddin Abbas məlumat verib. F. Abbasın bildirdiyinə görə, konfrans rayon təşkilatının qərargahında keçirilib. Lakin konfransın keçirilməsinin qarşısının alınmasına cəhd edilib. Belə ki, qərargahın yerləşdiyi İstehlak Cəmiyyətinin inzibatı binasının qapıları bağlanıb. Müsavatçılar konfransı acıq havada keçirmək barədə qərar verib. Bu isə yerli hakimiyyətin təşvişinə səbəb olub. Rayon Polis Şöbəsinin rəis müavini Arif Hüseynov Müsavat Partiyasının rayon təşkilatının sədri Xəqani Məmmədi və Fəxrəddin Abbası polis şöbəsinə dəvət edib: “Şöbədə bizi polis rəisi Nəriman İmanov və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin rəisi Raqub Məmmədov qəbul etdi. Konfransın acıq havada keçirəcəyimizdə israrlı olduğumuzu gördükdən sonra icra hakimiyyəti ilə əlaqə saxladılar. Bundan sonra qərargahın yerləşdiyi binanın qapıları açıldı” deyən F.Abbasın bildirdiyinə görə, konfrans yüksək səviyyədə keçib. Namiq Əlili Müsavat Partiyası Tərtər rayon təşkilatının yeni sədri seçilib. Konfransda həmçinin qurultay nümayəndələri, rayonun Təşkilat Şurası və NTK üzvləri seçilib. F. Abbasın verdiyi məlumata görə, konfransdan sonra İctimai Palatanın Tərtər şöbəsinin yaradılması üçün təşəbbüs qrupu yaradılıb. 5 nəfərdən ibarət təşşəbüs qrupuna Müsavat Partiyası, AXCP üzvləri eləcədə bitərəflər daxil edilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button