TƏBİB: Azərbaycanda koronavirusla bağlı fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur

“Bizim ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, R.Bayramlı deyib ki, bu, vəziyyətdən asılıdır: “Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamağımz buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyə elan edib, amma Azərbaycanda koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button