TƏHLÜKƏ: “Bizim tarla”dan həşərat çıxdı – Fotolar

xarab m'hsulÖtən gün oxucularından biri Etatist.com internet qəzetinin “xəbər yaz” bölümünə qarşılaşdığı problemlə bağlı yazıb və foto göndərib.

Fotodan aydın olur ki, “Azersun” Holdinqin qida markası “Bizim tarla”nın istehsal etdiyi “tərəvəz yeməyi”nin içində tərəvəzlə bərabər həşərat da var. Problemlə qarşılaşan vətəndaşın bildirdiyinə görə o, “Bizim tarla” məhsulunu marketlərin birindən alıb və evə gətirib. Daha sonra müəyyən edib ki, qabın içində həşərat var.

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, hələ də ən adi problemlərə rast gəlmək mümkündür. Bu məsələ ilə bağlı müzakirələr əsasən geni modifikasiya olunmuş məhsullara dair keçirilsə də, qida məhsullarının anti sanitariya şəraitində hazırlanması və saxlanması problemləri də qalır.

TƏHLÜKƏ: "Bizim tarla"dan həşərat çıxdı - Fotolar

Məsələ ilə bağlı Etatist.com-a açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma və Gigiyena Bölməsinin müdiri Abdullayev İmran bildirdi ki, sahibkarlıq haqqında qanunvericiliyə uyğun olaraq yoxlama aparıla bilər:

“Əgər istehlakçı məhsulun tərkibində hər hansı fiziki və ya bioloji faktor aşkar edirsə onu bizə təqdim edə bilər. Onun əsasında biz müəssisədə yoxlama apara bilərik ki, o məhsulun tərkibində nəsə ola bilər, yoxsa ola bilməz. Mümkün haldır. Amma deyə bilərik ki, bunun hamısında qurd var? Sahibkar da deyər ki, mənim malımda yoxdur, o ağzını açıb iddia edib ki, var. Biz ancaq onun istehsal yerinə baxırıq, şəraitinə baxırıq. Qanun belədir ki, o, bizə bununla bağlı müraciət edir. Biz onu qeydiyyata alıb yoxlama aparırıq”.

İ.Abdullayev əlavə etdi ki, onlara olunan müraciət əsasında araşdırma apara bilərlər və belə halların səbəbi ancaq iş şəraitində bəlli ola bilər:

“Ola bilər ki, tərəvəzin özündə olub qurd, yuma prosesindən qalıb. Biz yoxlayacağıq ki, yuma prosesi gedir, yoxsa yox, tərəvəzlərin çürükləri, yara yerləri kəsilir, yoxsa yox. O banka artıq açılıb, bunu heç kim sübut edə bilməz. Biri deyəcək var, biri deyəcək yox. Bunlar ancaq iş yerində bəlli ola bilər. Ona görə bizə şikayət daxil olduğu halda biz rəsmiləşdirib Ədliyyə Nazirliyinin vahid məlumat registerinə göndəririk. Ordan da bizə çıxarış gəlir ki, “bu suallar üzərində yoxlama apara bilərsən”. Biz də ancaq həmin sualı yoxlaya bilərik”.

TƏHLÜKƏ: "Bizim tarla"dan həşərat çıxdı - Fotolar

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə də əlaqə saxladıq. L.Bayramova bildirdi ki, o, bu məsələni araşdırdıqdan sonra suallarımız əsasında bizə geniş məlumat verəcək.

Hamıya məlumdur ki, qida istehsal edən şirkətlərdə həşəratlara qarşı öncədən tədbirlər görünür. Bu həşəratın məhsulun içinə necə düşdüyü müəmmalı qalır.

Qeyd edək ki, “Bizim Tarla”nın saytında yerləşdirilmiş (+99412) 496 60 01- (+99412) 496 66 14- (+99412) 447 19 80 nömrələri ilə əlaqə saxlasaq da telefonlarımıza cavab verən olmadı. Bu məsələdə mütləq qidanı istehsal edən şirkətin mövqeyi olmalıdır. Qeyd edək ki, qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

Məsələni diqqətimizdə saxlayacağıq.

TƏHLÜKƏ: "Bizim tarla"dan həşərat çıxdı - Fotolar

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button