Təhsil problemi – Bəlkə biz də işıq gələn tərəfə gedək…

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri

 

Azərbaycanda təhsil “islahat”ı aparıldı. Müsbət bir şey yoxdur. Səbəblərdən ən əsası bilirsinizmi nədir? Bu “islahat”ı aparan adamların özləri mahiyyətcə yeniliyi qəbul etməyən, dünyanın mütərəqqi təhsil sistemlərini bilməyən, yaltaqlığa, qorxaqlığa, ələ baxımlığa öyrəncəli, demokratik dəyərləri, insan haqlarını inkar edən, yuxarılara fərqli, orijinal təkliflərlə çıxa bilməyən komandanın üzvləri idi. Hakimiyyətin bütövlükdə həm özü, həm də onun Təhsil Nazirliyi antiislahatçı olduğu üçün belə acınacaqlı vəziyyətlə üz-üzə qaldıq. Adamlar hələ də anlamır ki, uşaqları əlavə lazımsız mövzularla, test kitabları ilə, dərsliklərlə yükləmək, aşağı sinif şagirdlərini hazırlıqlarda süründürmək, 20 kq-lıq 1-ci sinif şagirdinin belinə 10 kq-lıq çantanı yükləmək olmaz…
Dünya 2000-ci ildən Finlandiyanın möcüzəvi təhsil sistemindən danışmağa başladı. 15 yaşadək uşaqlar arasında aparılan bütün araşdırmalarda fin uşaqlar daim ilk yerlərdə olur, baxmayaraq ki, məktəbdə olma müddətləri o digərlərindən xeyli azdır. Finlandiya təhsil sisteminin səviyyəsinə görə dünyada 5-ci, Avropada 1-ci yerdədir.
Finlandiyada təhsil 7 yaşda başlayır, təhsil pulsuzdur, bura pulsuz yemək və dərs vəsaitləri də daxildir. Məktəbə hazırlıq 6 yaş tamamda başlayır. Əgər yaşayış yerində hazırlıq sinfində yer yoxdursa, onda yerli orqanlar həmin uşağın valideynlərinə 500 avro verir ki, uşaqla evdə məşğul olsunlar.
Ev tapşırığı verilmir.
13 yaşa çatana kimi heç bir imtahan verilmir.
qabiliyyətinə görə müxtəlif səviyyəli uşaqlar eyni sinifdə oxuyur.
sinifdə maksimum 16 şagird təhsil alır
tənəffüsə çox vaxt ayrılır.
1-2-ci sinifdə oxuyan şagirdlər 1-2 saat, yuxarı sinifdə oxuyanlar isə maksimum 5 saat məktəbdə olurlar.
3-cü sinifdən aktiv ingilis dili öyrədilir, sonra istəyə uyğun fakültativ qaydasında əlavə dil öyrənmək olar.
müəllimlər magistr dərəcəsində olur.
1-6-cı siniflərdə bir müəllim dərs keçir, 7-9 -ci siniflərdə isə müxtəlif fənlər üzrə müəllimlər dərs keçir. 9-cu sinifdən sonra kim ali təhsil almaq istəyirsə licey təhsili alır, kim peşə dalınca gedirsə onlar da peşə məktəblərinə gedir.
Müəllimlərin əmək haqları belədir: 1-6-cı sinif müəllimləri 3200 avro, 7-9-cu sinif müəllimləri 3600 avro, məktəb direktoru 4700 avro.
Ali məktəblərdə təhsil pulsuzdur…
Bəlkə biz də işıq gələn tərəfə gedək…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button