Təpədən-dırnağa qəhrəman

 

Ramil Səfərov

Ramil Səfərov həm də yaxşı tərcüməçidir…

 Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında Müdafiə Nazirliyinin  sərəncamı ilə Ali Hərbi Komandanlar Məktəbinə  göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

4 oktyabr 2009-cu ildə anası Nübar Səfərova vəfat edib[1]

1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Çünki həmin illər onun yeniyetməlik çağlarına təsadüf edir. O vaxtları atası Sahib bəy Cəbrayıl rayonunun mərkəzindəki xəstəxanada baş həkimin təsərrüfat işləri üzrə müavini, anası Nübar xanım cərrahiyyə şöbəsində işləyib. Ərazi ermənilər tərəfindən daim atəşə tutulduğundan Ramil gününün çox hissəsini valideynlərinin yanında keçirməli olub. Qolu-başı kəsikləri, gözləri çıxarılanları öz gözləriylə görüb. Elə vaxt olurmuş ki, hətta gün ərzində xəstəxanaya on beş-iyirmi meyit, iyirmi-otuz yaralı gətirilirmiş. Bunlar hamısı Ramilin beyninə, canına, qanına hopub və təbii ki, 15-16 yaşlı yeniyetmənin psixoloqiyasına təsir göstərib. Hətta bu gün belə aradan 15 il vaxt ötsə də, Ramilin elə qohumları var ki, onların nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.

Macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisi

Ramil Səfərov Macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisidir. Macarıstanda həbsdə olduğu müddətdə o, macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini Azərbaycan dilinə tərcümə edib. O, Macarıstanın tanınmış qadın yazıçılarından biri Maqda Sabonun “Qapı” romanını tərcümə edib.

 

“Xural” qəzeti,

 il 9, sayı: 059 (468), 13 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button