Tətil pulu – spiker 4950, deputatlar isə 3464 manat alacaqlar

Parlamentarilərin hər birinə iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir

İyunun 29-da Milli Məclisin sonuncu növbədənkənar plenar iclasının gündəliyində duran məsələlərin müzakirəsindən sonra dövlət himninin oxunması ilə sessiya bağlı elan edilib. Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.

“Deputatın statusu haqqında” qanunun deputatın məzuniyyəti ilə bağlı maddəsinə əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Milli Məclisin sədri 4950 manat, Milli Məclis sədrinin I müavini 4454 manat, Milli Məclis sədrinin müavini 4206 manat, sıravi deputatlar isə 3464 manat müavinət alacaqlar. Tətil müddəti avqustun 30-dək davam edəcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. İyun ayında isə Milli Məclisin 2 növbədənkənar (12 və 29 iyun) iclası keçirildi.

Parlamentin payız sessiyası isə sentyabrın 30-da başlanacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button