Təyyarə qəzasında yeganə sağ qalan xokkeyçinin adı açıqlandı

Aleksandr Qalimov hücumun qarşısını alır
Aleksandr Qalimov hücumun qarşısını alır

Yaroslavl Xokkey komandasının YAK-42 təyyarəsində qəzaya ugradıqdan sonra, qəzada yeganə sağ qalan şəxsin adı açıqlandı. Bu “Yaroslavl” komandasının hücumçusu Aleksandr Qalimovdur. O 1985-ci ildə Yaroslavlda anadan olub. 1998-ci ildən “Lokomotiv-85”-də yarışıb: 2000, 2001 və 2002-ci illərdə çempion adını qazanıb. 2002-ci ildən “Lokomotiv-2”-də çıxış etməyə başlayıb. Birinci liqada 2003-cü ilin çempionu olub. 2004-cü ildən “Lokomotiv”-in superliqasında, daha sonra Milli Xokkey Liqasında çıxış edib. 2008-ci ilin gümüş, 2005 və 2011-ci illərin bürünc mükafatçısıdır. Qəzaya uğradıqdan sonra çox ağır vəziyyətdə, bədəninin 80 faizin yanaraq, nəfəsalma yolları və ağciyəri zədəalma diaqnozu ilə Yaroslavl xəstəxanasına çatdırılıb.

Sentyabrın 8-nə olan məlumata görə, qəzada rəsmi olaraq 42 nəfərin öldüyü bildirilir.

Milli Xokkey Liqasının Komissarı Heri Bettman qəzayla bağlı bəyanat verib: “Bu faciə bizdən 100 millərlə uzaqda baş versə də, bütün xokkey dünyası üçün çox ağır itkidir. Bütün MXL-sı öz atalarını, oğullarını, yoldaşlarını və komanda dostlarını itirdilər.”

Xatırladaq ki, sentyabrın 7-də “Lokomotiv” Xokkey komandasına aid olan YAK-42 təyyarəsi Yaroslavl limanından havaya qalxandan az sonra alovlanaraq qəzaya uğrayıb. Təyyarənin bir hissəsi yerə, dıgər hissələri isəVolqa çayına düşüb. Ölənlərin böyük hissəsinin cəsədləri çaydan çıxarılıb.

Məlumat üçün bildirək ki, 1959-cu ildə yaradılan “Lokomotıv” Xokkey Komandası Rusiyanın ən güclu xokkey komandası sayılır. O baxımdan qəzanın qəsdən törədilmə versiyaları da artıq Rusiya mətbuatında yer almağa başlayıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button