Təzyiq altında yaşamaqdan bezmişəm

Aynur Abbasova

Mən azad cəmiyyətin azad vətəndaşı olmaq istəyirəm və bunu özümün təbii haqqım sayıram. Hər sivil, demokratik  cəmiyyətdə vətəndaşların siyasi azadlığı, iqtisadi müstəqilliyi və hüquqları qorunur, həyatı təhlükəsizliyi təmin edilir. Təəssüf ki, müstəqillik əldə etməyimizdən 27 il ötməsinə baxmayaraq, hələ də gözlədiyimiz, ümid etdiyimiz cəmiyyəti qura bilmirik.

Bakı şəhər məktəblərinin birində müəllim işləyirəm. Hər zaman məktəbin daxili nizam-intizam qaydalarına əməl edir, vəzifə borcumu layiqincə yerinə yetirməyə çalışıram.

Eyni zamanda jurnalist kimi də fəaliyyət göstərirəm. Cəmiyyətdə rastlaşdığım neqativ halları hədəfə alır, fikir və düşüncələrimi oxucularla bölüşürəm.

Amma tutduğum mövqe müəyyən dairələri narahat edir. Bu səbəbdən də illərdir ki, təhdid və təzyiqlərlə üzləşirəm. Hər addımbaşı hüquqlarım tapdalanır, hər cür təhdidlərlə üzləşirəm.

Təzyiqlər 11 aprel 2018-ci il prezident seçkilərindən sonra daha da güclənib. Seçki günü rastlaşdığım qanun pozuntularına qəti etirazımı bildirdim. Bundan sonra təzyiqlər sistemli xarakter aldı.

Çox acınacaqlı haldır ki, bu gün haqsızlıqlara müqavimət göstərəndə, hüquqlarını tələb edəndə, rastlaşdığın neqativ hallara etiraz edəndə təzyiq və təhdidlərə məruz qalırsan.

Təzyiq altında yaşamaqdan bezmişəm. Özümdən daha çox iki azyaşlı övladımın taleyindən narahatam…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button