Tacikistan da Gülən məktəblərini bağlayır – VİDEO

Gulen

Kosova, Qazaxıstan və Yaponiyanın ardından Tacikistan hökuməti də Gülən məktəblərini bağlayacağını bəyan edib

Share ButtonDünyanın bir sıra ölkələrində fəaliyyət göstərən Fətulah Gülənə bağlı məktəblərin fəaliyyəti dayandırılır.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan xarici ölkələrə səfərləri zamanı “Paralel dövlət”ə bağlı məktəblərin bağlanmasını xahiş edir və nəticə etibarilə bir çox ölkədə Gülən məktəbləri  bağlanıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan, Qabon, Seneqal həmin məktəbləri dərhal qapadıb. Kosova, Qazaxıstan və Yaponiyanın ardından isə Tacikistan hökuməti də  Gülən məktəblərini bağlayacağını bəyan edib. Bununla bağlı R.T.Ərdoğan da fikrini bildirib və qeyd edib ki, “Paralel dövlət”lə mübarizə davam etdiriləcək.

“A24.az” Media Təqib Mərkəzinə istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button