Tacikistanda hakimlərə və dövlət qulluqçularına xarici dil öyrənmək tapşırılıb

Tacikistan prezidenti Emoməli Rəhmon hakimlərə və dövlət qulluqçularına xarici dilləri “dərindən” öyrənmək üçün bir il vaxt verib.

Prezidentin bu tapşırığı fevralın 12-də yeni təyin olunan hakimlərlə görüş zamanı açıqlanıb. Dövlət başçısı qeyd edib ki, hər bir dövlət qulluqçusunun ən vacib tapşırıqlarından biri dövlət dilini ən yüksək səviyyədə bilmək, eyni zamanda iki xarici dili də həmin səviyyədə mənimsəməkdir.

Prezidentin mətbuat xidməti bildirib ki, qoyulan tələblərə əməl olunmaması məmurlara qarşı gərəkən tədbirlərin görülməsi ilə nəticələnəcək.

Ancaq xarici dil öyrənə bilməyən məmurlara qarşı mümkün tədbirlər barədə bir söz deyilmir.

İndiyədək Tacikistanda məmurların xarici dil bilməsi məcburi deyildi.

Bu açıqlamadan sonra bir çoxları sual edirlər ki, hökumətin qoyulmuş vaxt ərzində dil öyrənməyi asanlaşdırmaqdan ötrü hansısa planı varmı.

Bir il ərzində dövlət qulluqçularına xarici dilin öyrədiləcəyi yanaşma və resurslar açıqlanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button