Tağı Əhmədov nəvəsinə toy edir – Nəmər yığılmayacaq

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.

 

Xural.com Yeniçağ.az-a istinadən xəbər verir ki, Tağı Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib şənlənəcəklər.

Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də “Neolit” restoranında baş tutacaq.

Xatırladaq ki, sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində məlum olmuşdu ki, Tağı Əhmədov Akif Çovdarova 3.000.000 dollar rüşvət verib. Yəni onun nəmər yığmaması anlaşılandır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button