Tağı Əhmədov əlillərin yolunda mağaza tikdirib – Foto

1057621_540233896035567_1400365175_n02.07.2013

Metronun “Koroğlu” stansiyasında əlillərin hərəkəti üçün nəzərdə tutulan yolu bağlayıblar. 
AzNews.az xəbər verir ki, stansiyanın giriş pilləkanlarının əlillərin istifadəsi üçün nəzərdə tutulan hissəsində mağaza quraşdırılıb.

Maraqlıdır, Metropolitenin biznes maraqları əlillərin hərəkətini məhdudlaşdıracaqdısa, bu pilləkanlar niyə quraşdırılıb?

Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakər Tarıverdiyeva məsələyə münasibət bildirməkdən imtina etdi.

Qeyd edək ki, bir neçə il öncəyə qədər nəqliyyat vasitələrindən əlillərin rahat istifadə imkanlarının olmaması müzakirə mövzusu idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button