Tağı Əhmədova 2 milyon “atan” şəxslərə hökm oxundu

“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan sələmə 2 milyon manat alaraq mənimsəyən şəxslərə hökm oxunub.

“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməli törətməkdə təqsirləndirilən Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Tağı Əhmədovun yaxın dostu, AMEA-nın professoru Soltan Əliyevdən biznes qurmaq adı ilə 2 milyon manat alıblar. Həmin pullar isə T.Əhmədova məxsus olub. O, pulları Soltan vasitəsilə əvvəllər işlədiyi YAP-ın Yasamal Rayon Təşkilatının binasında onlara verib.

Sözügedən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Səadət Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilsə də, Qulu Muxtarov və Sahil Abuşov məhkəmədən qaçmış, onlar sonradan tutulmuşdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button