Tahir Əliyev Zeynal Məmmədovu təkzib etdi-CAVAB HAQQI

Tahir Əliyev bir il bir ay bundan əvvəl dərc olunmuş Zeynal Məmmədovun “Azadlıq salnaməsi”ndəki fikirlərinə cavab verdi və onları təkzib etdi…

Ötən ilin may ayında milli mübarizə tariximizin “tətil qəhrəmanlarından” olan, 1991-1992-ci illərdə Milli Müdafiə Şurası tərəfindən Şuşa şəhəri üzrə yaradılan hərbi qərargahın rəis müavini təyin olunan Zeynalabdin Məmmədovla (Dəmiryolçu Zeynal) “Azadlıq salnaməsi”ndə müsahibə götürmüşdük. Milli Azadlıq hərəkatı dövrünün hadisələrindən bəhs edən müsahibənin III-sonuncu hissəsində Şuşanın işğal olunmasından və vəziyyətin gərginliyindən danışan Zeynal Məmmədov, bir neçə dəfə dövrün Daxili İşlər naziri olan Tahir Əliyevdən bəhs edir və onun adını çəkir.

Vəziyyətin çətin olduğunu başa düşən Zeynal Məmmədov Bakıya, Etibar Məmmədovun yanına gəlir, Milli Müdafiə Şurasına. “Dedim, Etibar bəy, Şuşa gedəcək, onu verməyə hazırlaşırlar. Dedi, əşşi, elə şey ola bilməz. Gecə getdim Rəhim Qazıyevin yanına…” – deyir Zeynal Məmmədov. Bu məqamda Zeynal Məmmədov Tahir Əliyevin, Rövşən Cavadovun və Rahim Qazıyevin bir yerdə görüşməsindən və zamanın Ali Sovetinin sədri Yaqub Məmmədovun yanına birlikdə girdiklərindən danışır. “Rahim nazir idi, dedi, indi Tahir Əliyevlə Rövşən Cavadov gələcək, onlarla da görüş. Xəritəni Rahim Qazıyevin stolunun üstünə sərdim, dedim, biz tez bir zamanda bu məsələni həll edə bilərik.” Qarabağ məsələsini tezliklə və biryolluq həll edə biləcəklərini deyən Zeynal Məmmədovun fikirlərinə görə, Şuşa məsələsini, bütün Qarabağ məsələsini tezliklə həll edə bilərdik. Zeynal Məmmədov daha sonra deyir: “Rövşən Cavadov OMON-un komandiri, Daxili İşlər nazirinin müavini idi. Tahir Əliyev Daxili İşlər naziri idi. Getdilər Yaqub Məmmədovla görüşdülər. Gəldilər belə, kefli…”

Bundan başqa, Zeynal Məmmədov o zaman Şuşada kifayət qədər OMON əməkdaşının olduğunu da bildirərək deyib ki, Şuşada 800 OMON əməkdaşı olub.

Tahir Əliyev məsələ ilə bağlı redaksiyamıza müraciət edib. O, Zeynal Məmmədovun bir il bundan əvvəl götürdüyümüz müsahibəsinə etirazını bildirib və təkzibinin dərc olunmasını xahiş edib. “Mən Zeynal Məmmədovu tanımıram. Onu orada o illərdə görməmişəm. Dedikləri yalan və böhtandır. Biz bir yerdə Yaqub Məmmədovun qəbuluna getməmişik və oradan da birlikdə çıxa bilmərik. Mənim yadıma elə bir hadisə gəlmir. Qaldı bizim kefli olmağımıza, bu, açıq böhtandır. Mən ömrümdə içki içməmişəm və heç bir zaman Zeynal məni kefli görə bilməz.”

Zeynal Məmmədovun “Şuşada 800 OMON-çu olub” fikrinə gəlincə, Tahir Əliyev bunun da yalan olduğunu dedi. “Bir neçə adam vardı. 800 adam nədir, bir, ya da iki vertolyortla bir neçə əməkdaş gəlmişdi ora. Düşünürəm ki, Zeynal Məmmədov bilmədiyi və görmədiyi hadisələri danışaraq, mənim adımı da bu böhtanlarına qoşaraq kiminsə sifarişini yerinə yetirir. Mən məsələ ilə bağlı həm Etibar Məmmədovla, həm də Rahim Qazıyevlə danışdım. Hər ikisi Zeynalın dediyi kimi olmadığını, onun yalan danışdığını bildirdilər. İstəyirsiniz, onların da düşüncələrini alın dərc edin.”

Biz tarixi hadisələri zamanın axarında üzə çıxarmaqla kimlərinsə aralarında nifaq salmaq istəmirik, əksinə, tarixi hadisələri onun şahidləri ilə gələcək nəsillərə ötürmək istəyirik. Ona görə də Milli Azadlıq Hərəkatında kimlərin nə etdiklərinin, ya da nə dediklərinin doğru olub-olmadığını bilə bilmərik. Yalnız beləcə, tərəflər münasibət bildirərsə, həqiqətlər ortaya çıxar və hər kəsin cavab haqqını dərc etmək bizim borcumuzdur.

Xural.com qeyd edir ki, həm Rahim Qazıyevin, həm Etibar Məmmədovun, həm də Zeynal Məmmədovun münasibətlərini də dərc etməyə hazırıq. Söhbətin nədən getdiyini Oxucularımızın daha aydın bilməsi üçün Zeynal Məmmədovun “Azadlıq salnaməsi”ndə müsahibəcinin linklərini təkrar yayınlamaqda fayda görürük. (I hissə, https://www.youtube.com/watch?v=-qXBNZe5gI8), (II hissə, https://www.youtube.com/watch?v=_ImwWujH7lw), (III sonuncu hissə, https://www.youtube.com/watch?v=UshiGq23eVw)

 

Xural.com

Əlaqəli məqalələr

2 şərh

  1. Agir itki verdiyim ucun ve bu sebeble basim qarisi olduguna gore musahibeye gec cavab verirem.

    Zeynal Memmedov musahibesinde deyirki, Rehim Qaziyev dediki guyaTahir Eliyevle Rovsen Cavadov gelir, gedin Yaqub Memmedovla gorusun. Bildirmek isteyiremki men ve Rovsen Cavadov 26 aprel 1992 ci ilde ne mudafie nazirliyinde olmusuq , ne Yaqub Memmedovla ,ne Rehim Qaziyev ve yaxud Zeynal Memmedovla gorusmemisik. Zeynal Memmedov bunu bilmirki, bir gun once yeni, 25 aprel de Yaqub Memmedov menim tuttugum daxili isler naziri vezifesinden azad olunmagim ucun ferman vermisdi. Menim tutdugum vezifeden azad olunmagim haqqinda qerar televiziyada elan edildikden sonra Baki ve Sumqayit ehalisinin bir hissesi ,Daxili Isler Nazirliyi, Respublika Prokrorlugu ve basqa dovlet qurumlari daxili isler nazirliyi binasinin etrafina yigisaraq menim mudafieme qaxmislar, hetta respublika prokroru Murad Babayev mitinqde cixis ederek fermanin qanunsuz oldugunu ve bura yigismagla Tahir Eliyevin mudafiesine gelmisik deyirdi.( arxiv materiallarimda bunlarin hamisinin videosu movcuddur) Indiyse Zeynal Memmedova sual verirem. Nece olurki 25 aprel 1992 ci ilde menim tutdugum vezifeden azad olunmagim haqqinda qerar veren Yaqub Memmedov 26 aprelde men ve Rovsen Cavadovla birlikde hansisa kef meclisinde isdirak edir, ve Zeynal Memmedovun diliyle desek “keflenir”?
    Bundan elave Zeynal Memmedovun daha bir uydurmasinda Şuşanin getmesi erefesinde guya sehlenkarlig eden sexslerin adi cekilir.Rovsen Cavadov ve Tahir Eliyev. Heckese gizli deyilki Susanin mudafiesi briqada kamandiri Elbrus Orucova hevale olunmusdu ,bu haqda genis ve etrafli defelerle aciglamalar verilib ve bu sebeble susanin mudafiesinde mehsul sexs biz olmadigimiz ucun bizim bu hadisede edebileceyimiz hec bir sehlenkarligdan sohbet gede bilmez, o ki qaldi 800 OMON polis iscisi meselesine biz 2 MI 8 vertolyotu ile Fizuli-Qubadli oradanda masinlarla Lacin-Susa istiqametine hereket etmisik ve bir cox tehlukelerle uzlesmisik, esasende Qaygi qesebesinde. Melum meseledirki 1 eded MI 8 vertolyotuna 28-30 nefer yerlesir, bu sebeble biz 64 nefer adam olmusuq ve bu heyetin icerisinde OMON iscileriyle yanasi repartyor ve metbuat iscileride olmusdur (Cingiz Mustafayev Tahir Qarayev ve b. ve onlarinda oradan videomateriallari movcuddur).Indi ise uydurma musahibe veren Zeynal Memmedova sual verirem. Iki MI8 vertolyotuna 800 nefer OMON polis iscisi ve bunnan elave bir nece nefer metbuat iscisi nece yerlese bilerdi? Biz 8 aprel axsam qaranlig dusen erefede Turssuya cattiq Elbruz Orucov ve yanindaki zabitlerle gorusduk. Men ondan Susanin isgali ile bagli sorusanda o dediki aprelin 7 sinde guclu artileriya hazirligi oldu, seheri mudafie ede bilmedik, ve bugun yeni 8 aprelde seheri terk etmeye mecbur olduq. O elave etdiki 8 aprel seher saat 9 radelerinde artig seherin talehi praktiki olaraqhell olunmusdu. Men Susanin qaytarilmasi ile bagli Elbrus Orucovdan ne etmek lazim olduguu sorusduqda ise o bildirdiki Susani geri almaq ucun 40 tank ve ya 40 BMP2 lazimdir. Buna baxmayaraq biz OMON iscilerinin vesiqelerini toplayaraq onlari melumat elde etmek ucun kesfiyata gonderdik. Vesiqelerin toplanmasinda ise sebeb bu idiki OMON iscileri vaxti ile ermeni silahli quvvelerine agir zerbeler endirmisdirler. OMON-cular getdiler hetda bezi yukseklikler ugrunda atismalar oldu, ancag butun yukseklikler tutulmusdu bunlar hamisi ordakilarin gozu qabaginda olmusdur . Bundan sonra men Turssu yuksekliyinde olan telequlledeki telefon vasitesi ile Rehim Qaziyevle elaqe saxlayib burdaki veziyetin nece oldugunu ona bildirdim. O ise dediki qirici teyyareni qaldiracam ve qaldirdida bizde qirici teyyarenin sesini esitdik .Indiyse evvelki meseleye qaiyitsaq- Bu musahibe ile bagli menim Rehim Qaziyevle telefon danisigim olub o tesdiqlemisdirki 26 aprel de ne Zeynal Memmedovu ne Rovsen Cavadovu nede Tahir Eliyevi mudafie nazirliyinde gormemisdir . Bundan elave daha bir sual budurki Susanin isgali erefesinde “vetenperver” Zeynal Memmedov ozu harada olub? Yeri gelmisken qeyd etmek isteyiremki Evez Zeynallinin teqdimatinda olan “Azadliq Selnamesi” verilisinde Rehim Qaziyevin basqa bir musahibesinde Dagliq Qarabag ve serhed rayonlarinda olan en agir ve dozulmez vaxtlarda menim fealiyetim haqqinda qisada olsa bezi meqamlara toxunmusdur. Zeynal memmedova meslehetim olardiki o musahibeni dinlesin ondan sonra esl vetenperverleri lekelesin.Esl vetnperver hec vaxt ozunu reklam etmez, veteni ucun etdiyi fedakarlig ve isleri dile getirmez .Musahibesinde Zeynal Memmedovun dedikleri hamsi yalan iftira ve uydurmadir
    :Hormetle- Tahir Eliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button