Rubrikalar: MARAQLI XuralTAC

Tahir Kərimlidən gülməli təklif

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş sədri Tahir Kərimli Azərbaycanda dünyanın əksər ölkələrinin qəbul etdiyi təqvimə paralel təqvimin tətbiq edilməsini təklif edib.

Virtualaz.org xəbər verir ki, deputat bəzi ölkələrdə Qriqorian təqviminin dəyişdirilməsi cəhdlərinin uğursuzluğa düçar olması təcrübəsini nəzərə alaraq, onun Azərbaycanda ləğv edilməsini deyil, sadəcə olaraq, paralel təqvimin tətbiqini təklif edib ki, həmin təqvimdə ayların adları milliləşdirilir.

Deputat Tahir Kərimli

Tahir Kərimlinin təklifinə görə, ayların adları aşağıdakı kimi olmalıdır:

1. İlk ay (yanvar)

2. Soyuq (çillə ay) ay (fevral)

3. Boz ay (mart)

4. Yağış ayı (aprel)

5. Çiçək ayı (may)

6. Əkin ayı (iyun)

7. İsti ay (iyul)

8. Biçin ayı (avqust)

9. Məhsul ayı (sentyabr)

10. Qızıl ay (oktyabr)

11. Xəzəl ayı (noyabr)

12. Son ay (dekabr)

Görünür, Azərbaycan parlamentinin üzvləri darıxma hissi ilə özünəməxsus şəkildə mübarizə aparmaqda davam edirlər. Təəccüblüdür, fəqət deputatlar nümayişkaranə surətdə ən aktual sosial və siyasi problemləri qulaqardına vurur və heç kimin ağlına da gəlməyən absurd ideyalarla çıxış edirlər. Elə həmin Tahir Kərimli bir neçə həftə bundan əvvəl dövlət himnini dəyişməyi təklif etmişdi. Onun həmkarı – Azərbaycan SSR-in maliyyə naziri olmuş partokratın qızı Gövhər Baxşəliyeva isə, ümumiyyətlə, ibtidai siniflərdə rus dilinin tədrisini qadağan etməyə çağırmışdı.

Yəqin ki, deputatar – millət vəkilləri seçiciləri və ictimaiyyət qarşısında məsuliyyətlərini dərk edirlər. Axı nədənsə danışmalıdırlar. Lakin ölkədəki real problemlər barədə söz deməkdən çəkinirlər. Özlərini “işə salmaqdan” qorxur və ehtiyat edirlər ki, növbəti dəfə parlamentə düşə bilməzlər. Buna görə də, absurd ideya və təkliflər axtarışına girişir və ümumxalq gülüşünə səbəb olurlar. Bizim Milli Məclisimiz belədir… Nə etməli? Seçimsiz seçki. Kimlərin arasından seçəsən ki?..

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Ziya Məmmədovun qardaşı oğlu Biləcəridə küçəni bağladı-İNSANLARI DA TƏHQİR ETDİ!

"Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsi, Finevi 61 ünvanında anormal hadisələr yaşanır. Buradan verilən əmrlə küçənin yolunu bağlayır, bizi saya salmırlar"…

2 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını itirib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Həkim Aydın Əliyev: “190 manat yardım alan şəxs testə görə 120 manatı necə ödəsin?”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin…

1 İyul 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib

AzTV dövlət telekanalının əməkdaşı Samir Nəcəfzadə koronavirus infeksiyasından vəfat edib. Bu barədə baş dövlət telekanalının mətbuat xidməti məlumat yayıb. O,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Daha 250 nəfər Dağıstanla sərhədi keçib

Rusiya hakimiyyəti Dağıstan-Azərbaycan sərhəddində səhra düşərgəsini daha bir ay saxlayacaq. Bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev və Rusiya prezidenti Vladimir…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Cinsi ayrı-seçkilik: 140 milyon “itirilmiş” qız…

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Xural.com xəbər verir ki, Fonddan…

1 İyul 2020
Xural.COM