TAKSİ SÜRÜCÜLƏRİ BAKIDA YOL KƏSDİ. POLİS AKSİYANI DAĞITDI

Yanvarın 13-də bir qrup taksi sürücüsü metronun “Neftçilər” stansiyası yaxınlığında avtomobil yolunu bağlayıblar. Sürücülər Nəqliyyat Nazirliyinin bəzi avtomobillərin taksi kimi fəaliyyətinə qadağa qoymasına etiraz ediblər. Təxminən bir saat davam edən aksiyanı polis əməkdaşları dağıdıb.

Aksiya iştirakçılarından biri “Azadlıq” radiosuna deyib ki, sürücüləri dəyənəklə döyüblər: “200-300 adam vardı. Döyüb dağıtdılar hamını. Bizim etirazımız Nəqliyyat Nazirliyinədir. Camaatı niyə işsiz niyə qoyur? Biz işləmək istəyirik. Deyirlər ki, avtomobillər 2007-ci il istehaslından o yana olmamalıdır”.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov “Azadlıq” radiosuna deyib ki, narazılıq edənlər qanunsuz fəaliyyət göstərənlərdir: “Bu gündən əsas şərt lisenziya almaqdır”.

Yanvarın 13-dən Nəqliyyat Nazirliyi ilə Daxili İşlər Nazirliyi reydlərə başlayıb. Onlar lisenziyasız işləyən, həmçinin sovet istehsalı olan avtomobillərin taksi kimi xidmətlərinə qadağa qoyur.

13.01.2011

MEDİAFORUM

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button