Tale Bağırovla görüşə imkan verilmədi

müsəlman birliyiBu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən AzadXeber.az-a bəyanat daxil olub.

Bəyanatda deyilir: “Qanunsuz davranışlar, hüquq pozuntuları ilə zəngin olan günümüzün reallığı bir daha hələ də ölkədə qanunların hakim olmadığını sərgiləməkdədir. Bu günə “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ruhani hacı Tale Bağırovun ictimaiyyətlə görüşünə təyin olunan və “Mədinə Gülü” restoranındakı yığıncağa yaradılan süni qadağa heç bir hüquqi normativə cavab vermir. Bu, qanunların tapdandığı Azərbaycanda bir daha məmur özbaşınalığından xəbər verir. Biz “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyəti olaraq mövcud hadisəni pisləyir, bunun yolverilməz iyrənc provakasiyaya çəkim kimi qiymətləndiririk”.

hacı talehTale Bağırovla görüşmək istəyənlərə təzyiq göstərilir.

Bu barədə AzadXeber.az-a hadisə şahidləri məlumat veriblər.

Məlumatda qeyd olunur ki, “Mədinə Gülü” retorandakı tədbirə gedən insanlara Nizami rayon Polis İdarəsinin rəis müavini Ədalət Əliyev maneə törədir. İnsanlara vergi qadağası bəhanə olaraq göstərilsə də, həbslərin olduğu qeyd olunur.

Çəkilişə gələn jurnalistlərə təzyiq göstərildiyi və onlardan birinin kamerasının sındırıldığı bildirilir.

Bu gün saat 17:00-da Mədinə Gülü restoranında “Müsəlman Birliyi Hərəkatı”nın sədri, ilahiyyatçı Tale Bağırovun görüşü planlaşdırılırdı.

Həbsdən yeni çıxan T.Bağırov bundan əvvəl polis idarəsinə çağırılıb.

“Müsəlman Birliyi Hərəkatı”dan bildirilib ki, tədbir təxirə salınıb. Tədbirin nə vaxt keçiriləcəyi hələki məlum deyil.

Saxlanılan jurnalistlərin sərbəst buraxıldığı qeyd olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button