Rubrikalar: GÜNDƏM XuralTAC

Tale Bağırzadə və əqidədaşlarına təzyiqlər görünməmiş həddə çatıb-BƏYANAT

Müsəlman Birliyi Hərəkatı həbsdəki liderlərinin həyati təhlükəsilə bağlı bəyanat yayıb.
MBH-nın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, təşkilatın sədri Tale Bağırzadəyə və İdarə Heyətinin üzvlərinə qarşı həbsxanada olan təzyiqlər son zamanlar heç vaxt olmadığı qədər dəhşətli həddə çatmışdır. Belə ki, hacı Tale Bağırzadəni özünü fiziki və psixoloji olaraq idarə edə bilməyən məhbuslarla eyni kamerada saxlayırlar. Söhbət daha əvvəllər özünə və başqa məhkumlara həyati təhlükə törətmiş məhbuslardan gedir. Məsələn, son olaraq hacı Tale ilə eyni kameraya göndərilmiş məhkum öncəki kamera yoldaşını yatağı ilə birlikdə yandırmağa çalışan, öz təbii ehtiyaclarını yatağındaca yerinə yetirən, müxtəlif xəstəliklərə zəmin yaradan iyrənclikləri adi hal kimi edən biridir.
Həmçinin MBH-nın İH-nin digər üzvləri tez-tez sözlü və əməli təhqirlərə məruz qalır, digər məhbuslarla konfliktə girməyə sövq edilir, ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə işgəncəyə məruz qalır və cəza kamerasına (kars) salınır. Son günlərdə xüsusilə Abbas Hüseyn və Cabbar Cabbarov daha sərt təzyiqlərə məruz qalır.
Yuxarıda sadaladıqlarımız yalnız deyə bildiklərimizdir. Amma bizi düşünənlərin daha çox narahat olmaması və qəlblərinin, qürurlarının incinməməsi üçün demədiyimiz daha çox məsələlər mövcuddur.
Zaman göstərir ki, bu mənfi tendensiya artan qrafik üzrə hərəkət edir.
Bunları nəzərdə tutaraq və bütün baş verə biləcək halları gözə alaraq Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri və İdarə Heyətinin üzvləri sözügedən təzyiqlərə son verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaq.

Paylaş:

This post was last modified on 28 Yanvar 2019 12:29 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənovsuz media-nələr dəyişməlidir?

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılmasından 6 aya vaxt ötür. PA-da aparılan…

30 May 2020
Xural.COM