Tale Bağırzadə və əqidədaşlarına təzyiqlər görünməmiş həddə çatıb-BƏYANAT

Müsəlman Birliyi Hərəkatı həbsdəki liderlərinin həyati təhlükəsilə bağlı bəyanat yayıb.
MBH-nın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, təşkilatın sədri Tale Bağırzadəyə və İdarə Heyətinin üzvlərinə qarşı həbsxanada olan təzyiqlər son zamanlar heç vaxt olmadığı qədər dəhşətli həddə çatmışdır. Belə ki, hacı Tale Bağırzadəni özünü fiziki və psixoloji olaraq idarə edə bilməyən məhbuslarla eyni kamerada saxlayırlar. Söhbət daha əvvəllər özünə və başqa məhkumlara həyati təhlükə törətmiş məhbuslardan gedir. Məsələn, son olaraq hacı Tale ilə eyni kameraya göndərilmiş məhkum öncəki kamera yoldaşını yatağı ilə birlikdə yandırmağa çalışan, öz təbii ehtiyaclarını yatağındaca yerinə yetirən, müxtəlif xəstəliklərə zəmin yaradan iyrənclikləri adi hal kimi edən biridir.
Həmçinin MBH-nın İH-nin digər üzvləri tez-tez sözlü və əməli təhqirlərə məruz qalır, digər məhbuslarla konfliktə girməyə sövq edilir, ən adi hüquqlarından belə müxtəlif bəhanələrlə məhrum edilir, bu haqsızlığa etiraz edəndə isə işgəncəyə məruz qalır və cəza kamerasına (kars) salınır. Son günlərdə xüsusilə Abbas Hüseyn və Cabbar Cabbarov daha sərt təzyiqlərə məruz qalır.
Yuxarıda sadaladıqlarımız yalnız deyə bildiklərimizdir. Amma bizi düşünənlərin daha çox narahat olmaması və qəlblərinin, qürurlarının incinməməsi üçün demədiyimiz daha çox məsələlər mövcuddur.
Zaman göstərir ki, bu mənfi tendensiya artan qrafik üzrə hərəkət edir.
Bunları nəzərdə tutaraq və bütün baş verə biləcək halları gözə alaraq Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri və İdarə Heyətinin üzvləri sözügedən təzyiqlərə son verilməyəcəyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacaq. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button