Taleh Bağırzadə: “Düşmənçiliyə son qoyun…”

Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırzadəyə qarşı təzyiqlərin daha bir dalğası başlayıb. Bu barədəilahiyyatçı özü bildirib.

Taleh Bağırzadənin sözlərinə görə, bir müddətdir ki, ona ailəüzvlərinin yaşadığı evdən başqa heç bir telefon nömrəsinə zəng eləməyə icazə verilmir. Bu azmış kimi, üstəlik, bütün danışıqları dinlənilir. Ailə üzvləri ilə söhbətində belə, həbsxananın əməkdaşları danışıqlara qulaq asırlar.

“Bu təzyiqlərin mənbəyi Prezident Aparatıdır. Oradan verilmiş xüsusi göstəriş əsasında bizə təzyiq olunur.Telefonla danışığıma qanunsuz müdaxilələr, danışıqların dinlənilməsi, dini ayinlərin icrasına maneələr… Bütün bunları nəzərə alıb çağırış edirəm ki, hakimiyyətin bizə qarşı başlatdığı xüsusi düşmənçiliyə son qoyulsun!”, – Taleh Bağırzadə yaydığı açıqlamada bildirir.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldürüldüyü əməliyyat zamanı həbs olunub və ona 20 il azadlıqdan məhrumetməcəzası verilib. T.Bağırzadə özünü təqsirli bilmir və birbaşa dövlət başçısı İlham Əliyevin sifarişi ilə həbs olunduğunu deyir.

Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının 50-dən artıq üzvü həbsdədir. Ilahiyyatçı onların saxta ittihamlarla həbs edildiyini bəyan edib.

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button