Taleh Bağırzadə həbsxanada ölümlə təhdid olunduğunu deyir

Yayımlandı: 17 May 2024 10:56

12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə ölümlə təhdid olunduğunu deyir. İlahiyyatçı həmçinin bir neçə inanclı şəxsin də həbsxanada işgəncəyə məruz qaldığını bildirib.

Hər şey mayın 8-də cəzaçəkmə müəssisəsində suyun olmamağına etiraz etməklə başlayıb.

Taleh Bağırzadə şikayətini rəhbərliyə bildirərkən onu qapıda gözləyən 4 nəfər inanclı şəxs karsa salınaraq, işgəncə görüb. İşgəncə nəticəsində burnu zədələnən Rasim Məsiyev cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdirilib.

Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, ilahiyyatçı daha öncə də ölüm təhdidləri alıb. Onu həbsxanada təcrid vəziyyətində saxlamaq istəyirlər.

Məsələ ilə bağlı Penitensiar Xidmətə suallarımızı ünvanlasaq da, cavab almaq mümkün olmayıb.

Müsəlman Birliyi Hərəkatı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Nardaran hadisələri zamanı həbs olunan Taleh Bağırzadə 9 ildir həbsdədir. Dövlət çevrilişinə cəhd, silah-sursat saxlama, qəsdən adam öldürmə kimi maddələrlə suçlanan ilahiyyatçı 20 il azadlıqdan məhrum edilib.

Taleh Bağırzadə ittihamları qəbul etmir, siyasi göstəriş əsasında həbs olunduğunu bildirir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button