Rubrikalar: GÜNDƏM XuralTAC

Taleh Bağırzadənin xanımı məhkəmə qarşısına çıxarılacaq

“Belə başa düşdüm ki, artıq cinayət işi başlanıb”

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə cinayət məsuliyyətinə cəlb olunur. O, sentyabrın 27-nə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Meydan TV-yə danışan L.İsmayılzadə bildirib ki, onunla əlaqə saxlayan müstəntiq birbaşa deməsə də, deyilənlərdən barəsində cinayət işi başlandığı aydın olub:

“Dedi ki, vəkillərimlə gəlim. Həm də belə bir cümlə işlətdi ki, “gəlin, işi yekunlaşdırıb məhkəməyə göndərməliyik”. Ondan başa düşdüm ki, artıq cinayət işi başlanıb. Yəqin ki, sabah da mənə qarşı ittiham irəli sürəcəklər, ardınca istintaqı yekunlaşdırıb, işi məhkəməyə göndərəcəklər”.

L.İsmayılzadə bu ilin martında üç azyaşlı övladı ilə birlikdə Novruz bayramı ərəfəsində Qobustan həbsxanasında saxlanılan həyat yoldaşıyla uzunmüddətli (üç günlük) görüşə gedərkən içəri telefon keçirməyə cəhddə günahlandırılırdı. Bununla əlaqədar Penitensiar Xidmət də rəsmi açıqlama https://www.meydan.tv/az/article/taleh-bagirzadenin-heyat-yoldasina-qarsi-telefon-ittihami/ yayaraq, L.İsmayılzadənin əşyalarına və gətirdiyi sovqata baxış keçirilərkən uşaq çantasından oyuncaqların arasından “Samsung” markalı telefon tapıldığını bildirmişdi.

L.İsmayılzadə isə sözügedən telefonun işlək vəziyyətdə olmadığını, üçyaşlı övladı Abbasın babasına məxsus həmin telefondan oyuncaq kimi istifadə etdiyini, həbsxanaya gedərkən yaddan çıxıb oyuncaqların arasında qaldığını demişdi. https://www.meydan.tv/az/article/taleh-bagirzadenin-heyat-yoldasi-hebsxanada-bas-verenlerden-danisdi/

Buna baxmayaraq, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində araşdırmalar başlandı. L.İsmayılzadənin sözlərinə görə, bundan öncə iki dəfə özü, bir dəfə də qayınatası Kamil Bağırov idarədə dindirilib. Çünki telefon vaxtilə K.Bağırovun istifadəsində olub.

“Daha sonra ekspertiza təyin edildi. Ekspert telefonun işlək olub-olmaması haqda rəy verməliydi. Görünür, özlərinə sərf eləyən rəyi alıblar. Müstəntiq bir ay əvvəl də mənimlə əlaqə saxlamışdı. O zaman uşaqlarla rayonda idim”, – deyə L.İsmayılzadə bildirib.

Onun fikrincə, məsələnin böyüdülməsi və barəsində cinayət işi başlanması, məhkəmə qarşısına çıxarılması həyat yoldaşının prinsipial mövqeyinə görə ona təzyiq göstərmək məqsədi güdür.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib.

T.Bağırzadə ona qarşı irəli sürülmüş dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ittihamlarını qəbul etmir, təqsirsiz olduğunu deyir.

Paylaş:

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
  • GÜNDƏM
  • XuralTAC

Röya xalq artisti oldu

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, sərəncamla…

21 Oktyabr 2019 7:15 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ankaradan Əliyev hakimiyyətinə sərt təpki: “Xalqın səsini eşidin”

“Ölkəni yaşanmaz bir həbsxanaya çevirmək, Azərbaycanı idarə edənlər üçün bir üz qarasıdır” Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədə fəaliyyət göstərən Azərbaycan…

21 Oktyabr 2019 5:18 axşam
Xural.COM