Taleh Bağırzadənin xanımına qarşı açılan cinayət işinə xitam verildi

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında açılan cinayət işinə xitam verilib.

Musavat.com xəbər verir ki, cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlı idi.

Bu gün Leyla İsmayılzadə barəsində açılmış cinayət işinə xitam verilib. İşdə cinayət tərkibi olmadığı bildirilib. L.İsmayılzadədən götürülən telefon da geri qaytarılıb.

Qeyd edək ki, Penitensiar Xidmət martın 21-də Leyla İsmayılzadə barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, o üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib.

Onun tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button