“Taliban” Əfqanıstan hökumətinin təklifinə razı olmayacaq

“Taliban”, hərbi əməliyyatların dayandırılması müqabilində, ölkədə idarəçiliyin bölüşdürülməsi ilə bağlı Əfqanıstan hökumətinin təklifinə razı olmayacaq.

“The Times” yazır ki, bu barədə, “Taliban”ın sözçüsü Zabihulla Mucahid deyib:

“”Taliban”, Kabilin hakimiyyətin paylaşımı və atəşkəs təklifini qəbul etməyəcək. Məqsədimiz, xarici müdaxiləyə son qoymaq və ölkədə İslam hökuməti qurmaqdır. Əgər onlar buna razı olsalar, o zaman biz barışığa hazır olacağıq. Lakin əgər, Kabil bizim tələblərimizlə razılaşmağa hazır deyilsə, mübarizəni davam etdirmək və cihad etmək bizim üçün asan olacaq”. Sitatın sonu

Qeyd edək ki, Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar, Kabilin, ölkənin birgə idarəçiliyi barədə “Taliban”a təklif verdiyi xəbərini, təsdiqləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button