Tanınmış hüquq müdafiəçiləri Hikmət Hacıyevlə görüşüb

Hüquq müdafiəçiləri, prezidentin köməkçisi ilə siyasi məhbus problemini müzakirə ediblər. İyulun 30-da, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Görüşdə, ölkədə insan hüquqlarının durumu, qeyri-hökumət təşkilatlarının problemləri, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Turan-a bildirib ki, prezidentin köməkçisi ilə görüşdə, ilk öncə, QHT sektorunda problemlər, diqqət mərkəzində olub:

“Biz QHT-lərin indiki çətin durumu, gələcək fəaliyyəti və donorlarla bağlı məsələləri qaldırdıq. Hacıyev bildirdi ki, QHT-lərlə və donorlarla bağlı məsələlər həllini tapacaq”. Hüquq müdafiəçiləri, həmçinin QHT-lərin hüquq-mühafizə orqanları ilə birgə monitorinqlərin aparılması, əhalinin maarifləndirilməsində QHT-lərin rolunun artırılması, qadınlara qarşı zorakılıqlarla və narkotiklərlə bağlı maariifləndirmə işlərinin gücləndirilməsi məsələlərini diqqətə çatdırıb. Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanıdıqları 38 nəfərin siyahısını prezidentin köməkçisinə təqdim edib. Hikmət Hacıyevin bu istiqamətdə addımlar atılacağını qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button