Tanınmış videobloger saxlanılıb

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, AXCP fəalı, tanınmış videobloger Namiq Sadıqlı saxlanılıb. Hazırda Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsindədir.
Özünün verdiyi məlumata 5 nəfər mülki geyimli polis əməkdaşı evinə gələrək ona zor tətbiq ediblər. Polislərin zorakılığı evdəkilırin, xüsusən də uşaqların möhkəm qorxmasına səbəb olub.
Namiq Sadıqlı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilir.
Nəsimi rayon məhkəməsi saat 10-da onun işinə baxacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button